Ukrayna prezidenti: “Azərbaycan xalqını bundan sonra da dəstəkləyəcəyik”

16:22 6.04.2017 1 069
Ukrayna prezidenti: “Azərbaycan xalqını bundan sonra da dəstəkləyəcəyik”
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir:
“Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi bu əlamətdar tarix – Ukrayna və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ukrayna Xalq Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti zamanlarından bəri davam edən münasibətlərimizin tarixi dövlətlərimiz arasında möhkəm dostluq və qarşılıqlı hörmət əsasında uğurlu əməkdaşlıqla əlamətdar olub.
Məmnuniyyətlə qeyd edirəm ki, ikitərəfli əlaqələrimizin müasir mərhələsinin 25 ili ərzində Ukrayna və Azərbaycan Respublikası arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlətlərimiz siyasi dialoqun yüksək dinamikasına, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı marağın bütün sahələrində əlaqələrə praqmatik məzmun verməyə meyil nümayiş etdirirlər.
Müasir çağırışlar hər iki dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi məsələsində bizi daha sıx birləşdirir. Ukraynada Azərbaycanın müvafiq mövqeyi hiss edilir və yüksək qiymətləndirilir. Öz növbəmizdə biz də Azərbaycan xalqını daimi olaraq dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Biz xüsusən beynəlxalq arenada birgə səylərimizin fəallaşdırılması yolu ilə qarşılıqlı dəstəyimizi artırmağa hazırıq. Əminəm ki, Sizin Ukraynaya səfəriniz dövlətlərimiz arasındakı münasibətlərdə mühüm mərhələ olacaq, Ukrayna-Azərbaycan əməkdaşlığı isə hər iki ölkənin xalqlarının firavanlığı naminə gələcəkdə də qarşılıqlı etibar, hörmət və səmimilik əsasında möhkəmlənəcək.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzu edirəm”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko