Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir

12:37 23.09.2020 948
Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısının videoformatda çıxış etdiyi iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Cənab Prezident öz çıxışında Azərbaycan Respublikasının 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçildiyini, 2019-cu ilin oktyabrında isə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycanın sədrliyini öz üzərinə götürdüyünü bildirib. Bu çıxışını Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etməkdən şərəf duyduğunu vurğulayan İlham Əliyev insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam etdiyini, həmçinin beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacın olması baxımından Qoşulmama Hərəkatının rolunun mühüm əhəmiyyətə malik olduğunu söyləyərək Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verdiyini və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının prezidenti həmçinin öz çıxışında BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlar üçün çağırış etdiklərini bildirib. Qoşulmama Hərəkatının artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayan cənab İlham Əliyev BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edib. Bu il həmçinin Qoşulmama Hərəkatı təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyinın qeyd edildiyi və qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirdiyi, soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmadığını, əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onların bu gün hər zaman olduğundan daha əhəmiyyətli olmasını dilə gətirib.

Çıxışını Azərbaycan adından davam etdirən dövlət başçısı Azərbaycanın müstəqillik əldə etdikdən sonra 1992-ci ildən bəri BMT-yə üvz olduğunu, təxminən 30 illik müstəqillik dövründə Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər qazandığını vurğulayıb. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüklərinə baxmayaraq Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozmasını və Azərbaycana qarşı hərbi güc tətbiq etməsini vurğulayan ölkə başçısı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsi faktını , BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə Ermənistanın hələ də məhəl qoymadığını bildirib. İşğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirən, Xocalı faciəsini törədən, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatlar törətməkdən əl çəkməyən Ermənistan tərəfi qəsdən mülki əhalini hədəf alır, sərhəd rayonlarını artilleriya atəşinə məruz qoyur.

Azərbaycan Respublikasının Prezidenti öz çıxışında həmçinin bildirib ki, Ermənistan tərəfi sülh prosesində iştirak etmir, onun baş nazirinın “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Hazırda yeni müharibəyə hazırlaşan Ermənistan “Yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə Azərbaycanı hədələyir. İki dövlət arasında gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü və münaqişənın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu da çıxışda vurğulanıb.

Bu gün Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq etməklə Qoşulmama hərəkatına rəhbərlik edir. 2020-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdular. Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərilir. Uzaqgörən siyasətçi kimi ölkə rəhbərinin gördüyü qabaqlayıcı tədbirlər, atılan sistemli addımlar nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altında saxlanılmış, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır.

Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır. Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri olmaqla mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoq, Azərbaycanda 2015-ci ildə ilk Avropa Oyunlarının, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun , 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilmısi mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur. Bu və görülən çox sayda işlər bir daha təsdiqləyir ki, bu gün artmışdır. Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir. Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.

BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazır olan Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan bu gün ölkəmizin demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə xarici ölkələlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.

Tural HÜSEYNLİ,
iqtisadcı ekspert, Nəsimi rayonu.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video