Xalqın yanında olan BAŞCI, gözəl insan və əsl vətən daşı - Ceyhun Cəfərov...

01:36 14.05.2019 1 592
Xalqın yanında olan BAŞCI, gözəl insan və əsl vətən daşı - Ceyhun Cəfərov...

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada alim olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Azerinform.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov haqqında iftira və böhtanlar məhkəmə predmeti də ola bilər və nəticəsi hec də həmin KVİ-lərə yaxşı olmaz.

Xalqın yanında olan BAŞCI, gözəl insan və əsl vətən daşı - Ceyhun Cəfərov...

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ceyhun Cəfərovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı-rəhbər Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovdur .

...Bu gün nəinki ətraf rayonlarda, hətta bütün ölkədə belə onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir.
Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı hansı sahədə işləməyindən asılı olmayaraq peşəkar kimi məşğul olduğu sahələrdə ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə Ceyhun müəllimin sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.
Xalqın yanında olan BAŞCI, gözəl insan və əsl vətən daşı - Ceyhun Cəfərov...
QISA TƏRCÜMEYİ HAL
Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.

1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.


...Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, Vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Ancaq şükürlər olsun ki, vardır.
Bəli, Ceyhun Cəfərov belə insanlardandır.

... Ceyhun Cəfərov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insanlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Ceyhun müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Xalqın yanında olan BAŞCI, gözəl insan və əsl vətən daşı - Ceyhun Cəfərov...

...Ceyhun Cəfərov calışdıgı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layiqli iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona həmişə hörmət və başucalığı gətirmişdir.

...Ceyhun müəllimin həyat və fəaliyyətində diqqəti cəlb edən digər bir məqam da onun Yeni Azərbaycan Partiyası sıralarında tutduğu mövqelə bağlıdır. Aydındır ki, belə bir etimad da partiya tərəfindən yalnız etibarlı və ləyaqətli insanlara göstərilə bilər.

...Mübaliğəsiz demək olar ki, Ceyhun Cəfərov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

...Bəli, bu gün sürətlə inkişaf edən Kürdəmirdə bütün sahələrdə davamlı tədbirlərin həyata keçirilməsi artıq səciyyəvi xarakter almışdır. Dövlət başçısının sərəncamları ilə ayrılan vəsaitlər təsərrüfatın müxtəlif infrastrukturunun dinamik inkişafına yol açmışdır. Bu istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlər davamlıdır. Kürdəmir rayonunun demək olar ki, yenidən qurulması, şəhərin tikinti-abadlıq işlərinin həcmi ildən-ilə artır. Son illərdə dogrudan da bu sahədə görülən işlər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Əlbətdə ki, bu sahədəki ugurlarda Ceyhun müəllimin biləvasitə layiqli əməyi var. Ömrünü dövlərimizə, dövlətciliyimizin möhkəmlənməsinə həsr edən, işinə ləyaqətlə yanaşan, ölkə rəhbərliyinin etimadını, Kürdəmir camaatının hörmətini qazanan Ceyhun Cəfərov bu gün də yorulmaq bilmədən iş başındadır. Son illərdə respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da geniş tikinti-quruculuq və abadlıq işləri aparılır. Təkcə Kürdəmir şəhəri deyil, kənd və qəsəbələrimizin də abadlaşdırılması istiqamətində böyük layihələr həyata keçirilir.

Şəhərin Heydər Əliyev prospektində ucaldılan binalar, salınan yaşıllıqlar əraziyə xüsusi gözəllik verir. Halbuki 5-6 il bundan əvvəl burada az sayda kiçik tikililər mövcud idi. Kürdəmirin Bayraq meydanı bölgənin şah əsəri sayılır. Olimpiya İdman Kompleksi, Asan Xidmət Mərkəzi xüsusi layihə əsasında tikilib.
Xalqın yanında olan BAŞCI, gözəl insan və əsl vətən daşı - Ceyhun Cəfərov...
Rayonda görülən işlər sırasında su-kanalizasiya xəttinin çəkilişini xüsusi qeyd etmək lazımdır. Yaşı çox-çox qədim olan Kürdəmirdə içməli su və kanalizasiya xətləri yararsız olub.. Əhali onilliklər boyu bu sahədə primitiv, sanitariya qaydalarına uyğun gəlməyən üsullardan istifadə etməli olub. Regionların sosial-iqtisadi inkişafının III Dövlət Proqramı çərçivəsində bu problem öz həllini tapdı. Bəli, bu gün rayonda inkişaf, tərəqqi iqtisadiyyatın, sosial həyatın bütün sahələrini əhatə etdir. İşlər yaxşı olanda insanın da kefi kök, əhvali-ruhiyyəsi yüksək olur. İstəyir ki, qurub-yaratdıqlarını başqaları da görsün, ona qiymət versin. İndi Kürdəmirdə qonaqları qəbul etməyə, milli adət-ənənə nümunələrini onlara göstərməyə hər cür şərait var. Sakinlərin varlığı ilə qürur duyduğu, qonaqlarının heyran qaldığı gözəl məkanlarımızdan olan Kürdəmir bu gün özünün inkişaf günlərini yaşayır. Təbii ki, bu qələbədə rayonun icra başcısı Ceyhun Cəfərovun məqsədyönlü fəaliyyəti öndə dayanır.... Ceyhun müəllim kürdəmirlilərlə bir icra başçısından çox, onların qardaşı, dostu, övladı kimi davranır. Bunu rayon camaatının özü qeyd edir...

...Bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər.Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Xalqın yanında olan BAŞCI, gözəl insan və əsl vətən daşı - Ceyhun Cəfərov...

...Bəli,bu həyat cırağana insanın həmişə ehtiyacı olub.
Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, indi də.
Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın.
Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.
Varlığında və hər əməlində işıq gəzdirən adam.
Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan insan.
Özü də bir işıq, çıraq olan adam!
Mən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu belə gördüm, belə tanıdım. Siz də tanıyın...


AZERİNFORM.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...