Azərbaycanda ət niyə bahalaşıb? - NAZİRLİK SƏBƏBİ TAPIB

21:22 20.02.2017 1 434
Azərbaycanda ət niyə bahalaşıb? - NAZİRLİK SƏBƏBİ TAPIB
Azərbaycanda ətin qiyməti bahalaşıb. Lent.az-ın məlumatına görə, şəhərin müxtəlif yerlərində ət satışı ilə məşğul olan dükkanlarda mal ətinin kilosu 10 manatdan 12 manata qalxıb. Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi isə nədənsə bu qiymət artımını görməzdən gəlir.
Məsələ ilə bağlı Lent.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, Azərbaycanda ət bahalaşmayıb: "Mal ətinin qiyməti 10 manatdır və stabil olaraq qalır. Ölkədə ət istehsalında artım dinamikası müşahidə olunur. Ola bilsin ki, bəzi yerlərdə mal ətinin qiyməti 11 manat olsun. Bu da mövsümi xarakter daşıyır. Həmişə mövsümün bu vaxtında ətin qiymətində müəyyən qədər artım müşahidə edilir. Elə bir ciddi problem yoxdur”.
Nazirlik rəsmisi bildirib ki, Bakıda və Sumqayıtda hər həftənin şənbə-bazar günləri təşkil edilən yarmarkalarda heyvan mənşəli məhsulların qiymətləri dəyişməyib: “Yarmarkada uzun müddətdir ki, mal ətinin qiyməti 6,5-8 manat arasında dəyişir. Həmin yarmarkalarda satılan ət məhsulları nəzarət-toksikologiya laboratoriyası və Baytarlıq Nəzarət Xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələrdən keçirilib və təmiz ətlərdir. Keyfiyyətinə söz ola bilməz . Yarmarkalarda mütəmadi olaraq reydlər keçirilir və Novruz bayramında da keçiriləcək”.
İqtisadiyyat Nazirliyindən isə Lent.az-a bildirilib ki, bazarda süni qiymət artımı hallarının olmaması üçün daim nəzarət tədbirləri həyata keçirilir.
Onu da bildirək ki, Bakıda və Sumqayıtda satış yarmarkaları hər həftənin şənbə və bazar günləri aşağıdakı ünvanlarda təşkil edilir:
Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
- köhnə avtovağzalın yanı
Bakı şəhəri üzrə (5 rayon) :
Xətai rayonu, Əhmədli qəsəbəsi, Bakı kinoteatrının yanı
Nərimanov rayonu, Keşlə bazarının yanı
Binəqədi rayonu, Elit ticarət mərkəzinin arxası
Suraxanı rayonu, Əmircan qəsəbəsində
Səbail rayonu, Badamdar qəsəbəsində
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

İmişli rayon İH başçısı aparatının şöbə müdirinin müavini - sektor müdiri Aqil Hüseynovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:37

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır