Təcili!!! RUSİYA OTURDUĞU BUDAĞI KƏSİR, YOXSA?… - Dünya ŞÖKDA!

15:37 22.08.2018 2 526
Təcili!!! RUSİYA OTURDUĞU BUDAĞI KƏSİR, YOXSA?… - Dünya ŞÖKDA!

Rusiya bəyan edib ki, 5 avqust tarixindən etibarən Amerika Birləşmiş Ştatlarından ölkəyə gətirilən bir sıra mallara qoyulan 25 faizlik vergini 40 faizə qaldırır. Bu siyahıya yük maşınları, yol-inşaat işləri texnikası, neft-qaz, qazma avadanlıqları və optik ləvazimatlar daxildir.

Məlumdur ki, kosmik – aviasiya sahəsinin məhsullarından başqa adı çəkilən mallar ABŞ-ın Rusiyaya ixrac etdiyi əsas məhsullardır. Ona görə də növbəti sual yaranır: Vergilər, adətən dost olmayan ölkələrdən idxalın azaldılması yoluyla onların iqtisadiyyatına zərbə vurmaq üçün tətbiq olunur. Lakin Rusiyada böyük sayda istehlakçılar Amerikadan idxal olunan mallardan asılıdır və nəticədə belə çıxır ki, bu cür tədbirlərin ziyanı faydasından daha çoxdur. Onda Rusiya oturduğu budağı kəsmirmi?

- “Rusiyada istehsal edilib” malları ön mövqeyə çıxa biləcəkmi?

Əslində, bu dəfə Rusiya ABŞ-a yaxşı cavab verib. Həm Putinin beynəlxalq arenadakı sərt siyasəti, həm də indiki yeni tədbirlər Amerikan iqtisadi asılılığından azad olmağa kömək edəcək.

Hal-hazırda Rusiya iqtisadiyyatının ABŞ-dan asılılığı kifayət qədər yüksəkdir. Rusiyanın ümumi ixracının 3 faizi, idxalının isə 5,8 faizi ABŞ-ın payına düşür. Həmçinin, Rusiya ABŞ-ın aviasiya ilə bağlı olmayan müxtəlif nəqliyyat vasitələrindən asılıdır.

Bu dəfə Rusiya Federasiyası bərk qəzəblənib və öz istehlakçıları qarşısında ”Rusiyada istehsal edilib” məhsullarını yeni səviyyəyə çıxarmaq qərarına gəlib. Putinin sözlərinə görə, tarif tətbiq edilmiş bütün xarici məhsulları Rusiyanın öz istehsalı iə əvəzləmək mümkün olacaq. Üçillik böhrandan sonra Rusiya sənayesi, nəhayət, inkişaf etməyə başlayıb.

Məsələn, kənd təsərrüfatı texnikasının istehsal həcmi 10 faiz, nəqliyyat vasitələrinin həcmi isə 21 faiz yüksəlib. Bu onu göstərir ki, Rusiya öz əks-zərbəsini artıq çoxdan düşünübmüş. Rusiya Federasiyası heç bir çətinlikdən qorxmur, ona görə də, nəyahət, o, özünün “Rusiyada istehsal edilib” məhsuları hesabına yaşaya bilər. Sözsüz ki, bu, Rusiyanın Amerika sanksiyaları və həmçinin də ABŞ təhdidləri qarşısındakı effektivliyini yüksəldir.

- Rusiya ABŞ istiqrazlarını satmağa başlayıb

Səhmlərin satılması və qızıl ehtiyatının artırılması ABŞ hegemoniyasından yaxa qurtarmaq istiqamətində atılmış mühüm addımdır. Bildirilr ki, Rusiya bu ilin martından mayına kimi ABŞ istiqraz vərəqələrinin böyük qismindən “xilas” olub. Rusiya əlindəki ABŞ istiqraz vərəqələrinin həcmini 96,1 milyard dollardan 14,9 milyard dollaradək azaldıb, yəni praktiki olaraq – 84 faiz.

Müəyyən mənada dəyərli maliyyə məhsulu olmasına baxmayaraq, hər halda Amerika istiqrazlarının qiyməti xeyli dərəcədə aşağı düşüb, bu isə ABŞ üçün böyük çətinliklər yaradıb.

Bununla yanaşı 39 ay ərzində Rusiya qızıl ehtiyatını durmadan artırıb. 1 may tarixinə kimi Rusiyanın rəsmi qızıl ehtiyatı 1890,8 ton təşkil edib ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının qızıl valyuta ehtiyatının 17,6 faizini təşkil edir. Bu göstərici hətta qızıl ehtiyatına görə altıncı yedə gedən Çinin göstəricisini də qabaqlayır.
Rusiya ticarətdə dolların payını azaltmaq və ya İran, Venesuela, İndoneziya, Pakistan, Tailand kimi ölkələrlə ikitərəfli ticarətdə tamamilə dollardan yaxa qurtararaq, qızıl ilə ticarət etmək üçün xüsusi sistem yarada bilər.

Rusiyanın Amerikan istiqrazlarını satan ilk ölkələrdən biri olmasından və öz qızıl ehtiyatını artırmaq və dollarsızlaşdırma prosesini sürətləndirməsiylə yanaşı, elə bir an gəlib çatar ki, ABŞ iqtisadiyyatının inkişafı və çiçəklənməsi dayanar. Çünki ABŞ iqtisadiyyatının dollar hesabına üstünlük əldə etməsi dövrünün sona çatması prosesi getdikcə sürətlənir.

(İFENG.com-Çin)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko