Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın - Deputat Aqil Məmmədov barədə BİR NECƏ KƏLMƏ SÖZ

23:09 15.11.2023 374
Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir. Söhbət Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədovdan gedir.

QISA TANIŞLIQ

Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Pedaqoji fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus dilini bilir.
1979–1981-ci illərdə hərbi xidmət keçmiş, 1981–1983-cü illərdə Kəlbəcər rayonunun Ağdaban kəndində kolxozda çalışmış, 1983–1987-ci illərdə ali məktəbdə təhsil almışdır. 1987–2006-cı illərdə Göygöl rayonunda Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, İdman komitəsinin sədri, «Məhsul» idman cəmiyyətinin məşqçi-müəllimi, orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmiş, 2006–2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Aparatının böyük referenti, İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2013–2020-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Kanada, Norveç, Özbəkistan, Türkiyə, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
 


Yazıya başlamazdan əvvəl kicik bir haşiyəyə cıxmaq yerinə düşər. Son vaxtlar yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə bələ mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Reallıqda baş verənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsidir, deyilmi?

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə ədilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları zakazları yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul edilir.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir, əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Şər atdıgınız adam millətimizin yetişdirdiyi bir ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. Bəli, o, əsl Vətən daşıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.


  Milli Məclisin deputatı Aqil Məmmədov ölkədə belə xarakterizə olunur

… Aqil Məmmədov bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

... Aqil Məmmədov vəzifə gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

p.s:

Bəli, o, hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli deputat Aqil Məmmədovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında onun haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Aqil Məmmədovun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa peşəkarlıq qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlar atardılar.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir vəzifə sahibi qanunsuzluğa rəvac verdiyinə görə ciddi tənqid olunursa, vəzifədən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Deputat Aqil Məmmədovun haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Aqil müəllim ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.



Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...