Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Rəncbərlər kəndində səyyar qəbul görüşü kecirib

02:32 4.08.2023 731

Azerinform.az xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə yerlərdə keçirilən səyyar qəbullar öz nəticəsini verməkdədir. Mövcud qrafikə əsasən növbəti səyyar qəbul rayonun Rəncbərlər kəndində keçirilib. Kənd sakinləri ilə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri,  ərazi icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Şəhid Mobil Həsənovun adını daşıyan Rəncbərlər kənd tam orta  məktəbində keçirilən səyyar qəbuldan öncə məktəbin həyətində şəhidin xatirə lövhəsi önünə tər çiçəklər düzülüb, xatirəsi anılıb.

Görüş zamanı öncə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib, səyyar qəbulların ölkə başçısının əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq həyata  keçirildiyini qeyd edib. Rayon rəhbəri  son illər Azərbaycanda, xüsusən işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, həmçinin ordu quruculuğundan söz açıb. Qeyd olunub ki, Vətən müharibəsi dövründə ordumuzun gücü milli ordu quruculuğu tariximizdə keyfiyyətcə  yeni bir mərhələnin başlandığını göstərdi. Burada texniki təminatdan, fiziki gücdən, taktiki hazırlıqdan tutmuş, bütün məsələlər Azərbaycan ordusunun qüdrətindən, sarsılmazlığından  xəbər verdi. 30 illik bir müddətə ordu quruculuğunda görülən işlərin nəticəsi idi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi 44 günlük müharibədə böyük Zəfər qazandıq. Amma bu bizi arxayın salmamalıdır  və ordumuzun daha da qüdrətli olması üçün bundan sonra da  davamlı işlər görülməkdədir.
Sonra qəbul iştirakçıları söz alıb.  Kənd sakini Aqil İsmayılov, Kazım Usubov, Tofiq Lətifov, Ziyad Qəfərov, Dilsuz Əsədov və digərləri onları narahat edən məsələlərlə bağlı çətinlikləri diqqətə çatdırıblar. Əkin sahəsinin suvarılması, ziyanvericilərin çoxalması və digər çətinliklərlə yanaşı kənddə musiqi məktəbinin tikilməsi,  114 yaşlı məscidin qeydiyyata alınması və burada lazımi şəraitin yaradılması ilə bağlı fikir və təkliflər də səsləndirilib.

Səyyar-qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə öyrənilərək həlli ilə bağlı tapşırıqlar verilib. Həlli vaxt tələb edən bir sıra digər məsələlərin icrası nəzarətə götürülüb, bəzi problemlərlə bağlı müraciət edənlər isə  aidiyyəti üzrə yönləndirilib.


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko