Kamaləddin Qafarov: “İslahatlar tədricən öz nəticələrini verməkdədir”

11:24 10.03.2023 209
Kamaləddin Qafarov: “İslahatlar tədricən öz nəticələrini verməkdədir”


“2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar Parlament seçkilərinin əsas məqsədi islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Ölkə Prezidenti İlham Əliyev 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırmış, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişikliklərinin həyata keçirildiyini qeyd etmişdir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: “Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu gün müxalifət partiyalarının nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu, çox mühüm məsələdir və Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Buna görə də Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu məqsədlə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri yaradılmalıdır. Bu gün ölkəmizdə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Bütün sahələrdə aparılan kadr islahatları da bunu bir daha təsdiq edir. O cümlədən, mərkəzi və yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılan təmizləmə işləri birmənalı olaraq xalqın iradəsini ifadə edir və milli maraqlara söykənir.”

K.Qafarov Azərbaycanda demoqrafik mənzərənin çox müsbət, ölkə əhalisinin mütləq əksəriyyətinin isə gənclər olduğunu qeyd edərək, məhz bu səbəbdən də gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə müvafiq addımların atılmasının vacibliyi barədə Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: “Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri həm dövlətin, həm də bütün cəmiyyətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi də onlara göstərilən yüksək etimadla izah olunur. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı bir daha qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Məlumdur ki, bu gün Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə biri deməkdir. Həmçinin həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində hazırda Azərbaycanın qonşu ölkələrlə sağlam, işgüzar və dostluq prinsipləri əsasında qurulmuş münasibətləri var. Ölkəmizin müsəlman aləmində yüksək nüfuzu var və bu nüfuz getdikcə daha da artır. Təbii ki, bütün bunlar xaricdə olan düşmənlərimizi son dərəcə narahat edir. Buna görə də hazırda ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki hazırki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Əlbəttə ki, bu yol xəyanət yoludur və sadəcə iqtidara qarşı deyil, bütün dövlətə və xalqa qarşı edilən cinayətdir. Bu səylər də heç bir nəticə verə bilməz. Lakin bu kimi cəhdlərin qarşısını vaxtında və qətiyyətlə almaq lazımdır. Bu ideoloji mübarizədə hamı səfərbər olmalıdır. O cümlədən, Milli Məclis də. Dövlət başçımızın dediyi kimi, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlara münasibətdə ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...