“Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri, demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir”.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, miqrantlara belə münasibət demokratik deyil: “Azərbaycanının bu sahədə fəaliyyəti bu gün dünya, Avropa üçün nümunə ola bilər. Nə vaxta qədər miqrantların qarşısında divar çəkəcəklər?!”.