Müasir və nümunəvi tibbi xidmətlə sağlamlığın keşiyində

12:44 8.04.2017 1 726
Müasir və nümunəvi tibbi xidmətlə sağlamlığın keşiyində

Mərkəzi Neftçilər Xəstəxanası uzun illərdir xalqımıza xidmət edir. Bu illər ərzində minlərlə insan bu səhiyyə ocağında şəfa tapmış, müxtəlif xəstəliklərdən qurtularaq sağlam həyata dönmüşdür. Xalqımıza xidmət etdiyi, bizlərin sağlamlığının keşiyində dayandığı bütün bu illər ərzində də əldə olunanlarla kifayətlənməmiş, daim inkişaf etmiş, tibb sahəsində ən son yeniliklərin tətbiqinə nail olmuşdur. Yeniliklərə daim açıq olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) əldə etdiyi inkişaf nəticəsində istənilən müasir xarici klinikalarla rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Hazırda MNX istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından Azərbaycanın və Cənubi Qafqaz regionunun ən müasir klinikalarından biridir. Xəstəxanada son texnologiyalar tətbiq edilir, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənməyən yüksək ixtisaslı həkimlər peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Azərbaycan səhiyyəsinin inkişafında öz töhfəsini verən, dəfələrlə ilkə imza atan MNX-nın həkimləri dəfələrlə etmişlər ki, artıq hər bir xəstəliyin çarəsini təkcə xaricdə deyil, elə Azərbaycanda - MNX-da tapa bilərlər.
Müasir və nümunəvi tibbi xidmətlə sağlamlığın keşiyində
Daimi inkişaf kursu Məhz bu səbəblərdən əhaliyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin bütün təlimat və göstərişlərinə uyğun göstərilən tibb xidmətlərinə görə Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”-ı ilə də təltif edilmişdir. Eyni zamanda, burada ən müasir idarəetmə sistemlərindən istifadə olunur. Müasir xəstəxana idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən şəxslər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü xəstələrin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sistemin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb. “NFC xəstə biləkliyi” və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur. Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var. Qadın rəhbər olan yerdə... Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Keçirilən seçkilərdə ölkə parlamentinə, bələdiyyələrə seçilən qadınların sayı getdikcə artır. Bütün bunlar qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllim, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, idarəetmə işinə də maraq göstərirlər. Sağlam rəqabət şəraitində rəhbər mövqelər tutmaqda həlledici amil kişi və ya qadın olmaq deyil, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblikdir. İstər təyinatla, istərsə də seçkili qaydada tutulan bu və ya digər vəzifələrə namizədlərdən söhbət gedəndə məhz bu xüsusiyyətlər nəzərə alınmalıdır. Məhz bu və diğər üstün xüsusiyyətləri nəzərə alınaraq, MNX-da baş direktor vəzifəsi tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyliyə etibar edilmişdir. 2012-ci ilin mayınadək Bakı Baş Səhiyyə İdarəsinin rəisi işləmiş Leyla xanımın fəaliyyəti həmişə həm rəhbərlik, həm respublikanın səhiyyə ictimaiyyəti, həm də ona işi düşən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir. MNX-da rəhbər vəzifənin icrasına başladığı ilk vaxtlarda verdiyi vədləri, açıqladığı proqnozları davamlı surətdə yerinə yetirən baş direktor ona etibar edilmiş işin öhdəsindən layiqincə gəlmiş, göstərilən etimadı doğrultmuşdur.
Müasir və nümunəvi tibbi xidmətlə sağlamlığın keşiyində
Müasir və nümunəvi tibbi xidmətlə sağlamlığın keşiyində
Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir. Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr fəaliyyət göstərir. MNX-na xaricdən dəvət olunan ekspertlər, tibb uzmanları azərbaycanlı həmkarlarını diaqnostika, müalicə və reabilitasiyanın müasir üsulları ilə tanış edirlər. Xəstəyə müəyyən edilmiş standartlara və müasir tələblərə uyğun olaraq tibbi yardımın göstərilməsi üçün, ekspertlər həm nəzəriyyə, həm praktiki təlimlər keçirirlər. MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə tibbi və dərman yardımı almasına təminat verir. MNX və olkəmizin digər nüfuzlu tibb müəssisələrini kütləvi informasiya vasitələrində haqsız tənqidə məruz qoyan mövzulardan biri də toibb i sığorta məsələsinin vətəndaşlar tərəfindən bir çox hallarda düzgün qavranılmamasıdır. Bəzən olur ki, sığortalı vətəndaşlar öz işlədikləri müəssisələrin sığorta şirkətinə vəsait ödəmədiyinə görə və ya sığorta şirkətinin xəstəxanaya pul köçürmədiyinə görə tibbi xidmətdən yararlana bilmir, sonra da haqsız olaraq, MNX-dan narazı qalırlar. Burada xatırlatmağa dəyər ki, Azərbaycanda ilk tibbi sığorta şirkəti olan “Şəfəq” 1998-ci ildə yaradılıb. Dünyada sürətlə inkişaf edən tibb sahəsinin əksər yeniliklərini Azərbaycanda ilk tətbiq edən MNX-sı ilk tibbi sığorta şirkəti ilə həmin il iş birliyi qurmuşdu. Hazırda MNX-sının Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi bir sıra sığorta şirkətləri ilə əməkdaşlıq edir. Yaxın zamanlarda universal sağlamlıq sığortası təqdim olunacaq və keçirilən islahatlar zamanın tələbinə uyğun olunacaq. MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır. Maliyyə şəffaflığı təmin olunur Marketinq şöbəsinin vəzifələrinə həmçinin xəstəxanaya müraciət edən xəstələrin qəbulunun təşkili, tibbi xidmətlər və qiymətlər barədə ətraflı məlumatlandırılması və nəzarət edilməsi və s. kimi öhdəliklər daxildir. Burada korrupsiya üçün heç bir zəmin yoxdur. Təmin olunmuş tam şəffaflıq şəraitində həkimlər göstərdikləri xidmətin müqabilində müəssisənin hesabına köçürülmüş maliyyə vəsaiti və onlara düşən əmək haqqı barədə məlumat alır, plastik kartları ilə bankdan pul çıxara bilirlər. Səhiyyə Nazirliyinin balansında təsərrüfat hesabı ilə fəaliyyət göstərən müəssisənin maliyyə baxımından idarə edilməsində insan amilinə böyük önəm verildiyindən, xəstələrə yararlandıqları tibbi xidmətin haqqını müalicənin və ya əməliyyatın başa çatmasından sonrakı aylarda da tədricən ödəyə bilmələri üçün imkan yaradılır. MNX-da şəhid ailələrinin, qaşqın və məcburi köçkünlərin, müharibə əlilləri və veteranlarının müraciətlərinə həssas yanaşılır, güzəştlər tətbiq olunur. Xəstəxananın Poliklinikasında bayram və əlamətdar günlər ilə əlaqədar "Açıq qapı" günləri keçirilir. Belə aksiyalar çərçivəsində bütün həkim heyəti iş günü ərzində ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərirlər. Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir Hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi Layihəsinə imza atılıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası, artıq qeyd etdiyimiz kimi, yüksək ixtisaslı yerli kadrların bir araya gəldiyi səhiyyə ocağıdır. Yerli kadrların peşəkarlıq səviyyəsi və onların yeri gələrsə Azərbaycan səhiyyəsini beynəlxalq səviyyədə barədə danışarkən xəstəxananın baş həkimi Leyla xanım Seyidbəyli öz fikrini belə ifadə etmişdir: “Təbii ki, gənc həkimlərin bilik və peşəkarlıq səviyyəsi qane edir. Bu gün öz sahəsində kifayət qədər ixtisaslaşmış, istedadlı həkimlərimiz fəaliyyət göstərir. Onlar xəstələrə lazım olan anda lazımi şərait göstərirlər. Bundan əlavə, son 5-6 ildə xarici ölkələrə işləmək və öyrənmək üçün çoxlu sayda həkimlər göndərilir. Onlar Türkiyə, Belarusiya, Moskva, Almaniya və digər ölkələrə gedərək yeni üsullar, avadanlıqlarla işləməyi öyrənir, daha yüksək səviyyədə təcrübə toplayırlar. Bugünki vəziyyətə gəlincə deyə bilərəm ki, hazırda istedadlı və bacarıqlı həkimlərimiz var və onlar hər zaman xəstələrə yardım göstərməyə hazırdılar. Ancaq düşünürəm ki, yaxın 5 ilə bizdə ən güclü patensiala malik həkimlər daha çox olacaq.
Düzdür, bu gün Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil edə biləcək gənc həkimlərin sayı azlıq təşkil etsə də, belə həkimlərimiz var. Mərkəzi Neftçilər Xəstəxasnasında elə həkimlər var ki, onları xaricdə də yaxşı tanıyırlar. Elmi-Tədqiqat İnstitutlarının elə professorları var ki, onlara xaricdən də müraciətlər daxil olur. Ankologiya sahəsində güclü, təcrübəli həkimlərimiz var. Ötən illərdə müalicə və ya müayinə üçün xaricə üz tutan insanlarımızı sayı çox idi, ancaq indi onların sayı xeyli azalıb. Çünki ölkəmizdə yeni tibbi mərkəzlər açılıb, xəstəxanalar tikilib və onların hamısında güclü həkimlərimiz çalışır. Bu gün əhali də inanmalıdır ki, onlar səhiyyəyə əminliklə müraciət edə bilərlər.”
Müasir və nümunəvi tibbi xidmətlə sağlamlığın keşiyində
Qadın böyük qüvvədir… Azərbaycan qadını isə daim öz qətiyyəti və bacarığı sayəsində ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu da Azərbaycan qadınının böyüklüyünü bir qədər də artırır.Ölkə parlamentinə, bələdiyyələrə seçilən qadınların sayı getdikcə artır. Bütün bunlar qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllim, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, idarəetmə işinə də maraq göstərirlər. Sağlam rəqabət şəraitində rəhbər mövqelər tutmaqda həlledici amil kişi və ya qadın olmaq deyil, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblikdir. İstər təyinatla, istərsə də seçkili qaydada tutulan bu və ya digər vəzifələrə namizədlərdən söhbət gedəndə məhz bu xüsusiyyətlər nəzərə alınmalıdır. Məhz bu və diğər üstün xüsusiyyətləri nəzərə alınaraq, MNX-da baş direktor vəzifəsi tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyliyə etibar edilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin rəisi işləmiş Leyla xanımın fəaliyyəti həmişə həm rəhbərlik, həm respublikanın səhiyyə ictimaiyyəti, həm də ona işi düşən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir. MNX-da rəhbər vəzifənin icrasına başladığı ilk vaxtlarda verdiyi vədləri, açıqladığı proqnozları davamlı surətdə yerinə yetirən baş direktor ona etibar edilmiş işin öhdəsindən layiqincə gəlmiş, göstərilən etimadı doğrultmuşdur.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir