"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)

10:27 10.06.2016 1 337
Bu gün Dövlət Yol Polisi ilə bağlı yayılan iki xəbəb daha çox diqqəti cəlb edib.

Birinci xəbər odur ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsini tuturdu.

İkinci diqqət çəkən məqam isə Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış "Chrysler”, "Mercedes”, "Mitsubishi” və "Ford” markalı minik avtomobillərinin yanması ilə bağlı yayılan xəbərlə bağlı idi. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev DYP-ni sudan quru çıxarmağa çalışsa da, arqumentləri bəsit görünür. O açıqlamasında bildirib ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib:

"Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişlənib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb”.

Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəssisə tərəfindən ödənilir.

Bu faktın özü son vaxtlar DYP-nin əsas gəlir mənbəyinə çevrilən cərimə meydançalarındakı vəziyyətin hansı səviyyədə olmasından xəbər verir. DYP sözçüsü bildirir ki, cərimə meydnçasında olan şəxsin öz avtomobilini yandırması səbəbindən belə vəziyyət yaranıb. Bilirik ki, mal şirin şeydir və heç bir şəxs əsaslı səbəb olmadan öz avtomobilinə od vurmaz. Məcburi evakuasiya nəticəsində hamımızın işi ora düşüb və ordakı atmosferi hamı gözəl xatırlayır.

Azinforum.az bildirir ki, Nəqliyyat Nazirliyinin yaxınlığında olan cərimə meydançasında rəislik edən Arif adlı kapitanla orda olan məcburi təmasdan sonra adam nəinki avtomobilə, lap az qalır özünə də od vursun. Bu adam çəkinmədən deyir ki, işçilərinə harda jurnalist avtomobili gördülərsə onları bura gətirməyi tapşırır:

"Demişəm, PRESS yazılan maşının harda dayanmasından asılı olmayaraq, mindirin evakuatora gətirin bura. Çünki jurnlistləri cərimələməyin başqa ləzzəti var. Onlar bizdən yazanda necə ləzzət alırlarsa, mən də yazdığım protokollardan elə ləzzət alıram”.

Hər halda, DYP-də aparılan islahatlar cərimə meydançalarını və əsasən də, traslarda olan postları da əhatə etməlidir. Həmin postlardan birində olan vəziyyətin hansı səviyyədə olduğunu təsəvvür etmək üçün, oranın öz işçisinin başına gətirilənlərlə tanış olmaq kifayət edər.

Ölkə başçısı İlham Əliyevin apardığı siyasətin üstünə kül tökən Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, polkovnik-leytenant Fuad Mayılovun və kapitan Eldar Məmmədovun belə bir zamanda ağlasığmayan hərəkətləri ilə bağlı ikibaşlı zərərçəkən Xəşəlov Rəşid Mədəd oğlu az öncə başda prezident olmaqla, bir sıra aidiyyəti dövlət orqanlarına haqlı şikayət ərizələri ünvanlamışdır.

Nə isə. Baş Dövlət Yol Polis İdarəsinin nəzdində Ekoloji Nəzarət Üzrə Bölüyününü polis serjantı, 1982-ci il təvəllüdlü Xəşəlov Rəşid Mədəd oğlunun işdən azad olunması haqda etdiyi şikayətdə bildirib ki, serjant Xəşəlov 28 avqust 2015-ci il tarixdə tağım komandiri , polis kapitanı Məmmədov Eldar tərəfindən döyülüb.

Hadisədən bir neçə gün sonra, yəni sentyabrın 3-də qanunsuz olaraq işdən azad edilib. İşdən azad olunması ilə bağlı R.Xəşəlov bildirib ki, polis polkovnik-leytenatı Fuad Mayılov onun bölük komandiri olub:

"Mən hər növbədə olarkən tağım komandiri kapitan Eldar Məmmədov tərəfindən haqsız yerə danlanır, pis-pis söyüşlərə məruz qalırdım. Yalnız bir şeyin üstündə…Belə ki, ölkədə rüşvətxorluğa və korrupsiyay qarşı mübarizə aparıldığı bir zamanda, məcbur edirdilər ki, şərləyib gəlib-gedən yol nəqliyyat vasitələri sürücülərindən pul yığmalısan. Mən də açığı bu məsələdən qorxuram. Kimsəsiz adamam”.

Məntəqədə növbədə olan 4 nəfərdən 3-ü bunu etsə də, mən çəkinirdim. Bunun üstündə məıni şərləyib,"Işləyə bilmirsən”, – deyərək elə Məmmədov Eldar tərəfindən döyüldüm. O, məni sillə, təpik və yumruqla döyəndə bölük komandiri Fuad Mayılov da yanımızda idi. Məni döyən kapitanı kənarlaşdırmaq əvəzinə, uca səslə ona deyirdi ki, "ayə, öldür bu yaramazı, bir az da bərk vur! Bundan sonra yaxşı işləyəcək!”.

Döyülmə hadisəsindən sonra, Rəşid Xəşəlov Bakı Şəhər Səhiyyə İdarəsinin "Kliniki Tibbi Mərkəzi”dən qapalı kəllə-beyinindən travma alması haqqında rəsmi "Forma №027/U” saylı sənəd də almışdır. Həmin sənədin surətini də aşağıda diqqətinizə çatdırırıq.

Zərərçəkən Xəşəlov Rəşid onu da bildirir ki, "növbə ərzində bölük komandiri olan Fuad Mayılova 700 manat verilməliydi. Verilirdi də. Bunun müqabilində hər birimizə növbə vaxtı 15 manat”zəhmət haqqı” çatırdı.

Bəli, Prezident İlham Əliyevin məmurları yerində oturdacaq təpgisi təəssüflər olsun ki, postda hadisənin törədilməsinə şərait yaradan bolük komandiri, polkovnik-leytenant Fuad Mayılova aidiyyəti olmayıb.

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Prezident İlham Əliyev məmurlara barmaq silkələyib bildirmişdir ki, "övladlarınız heç də o kasıb balalarından artıq deyil. Siz bu qədər vəsaiti haradan almısınız ki, özünüzə yüksək vəziyyətdə hərtərəfli şərait yaratmısınız? Hamımız azərbaycanlıyıq.

Dəbdəbəli həyatınızı reklam etdiərək xalqın pulu ilə öyünməyin. Hansı məmurun belə hərəkətlərini görsəm, onu cəzalandıracağam. Özünü işdən uzaqlaşdıracaq, hadisə törətmiş övladı qanun qarşısında cavab verəcək”.

Ancaq polkovnik Fuad Mayılovun övladı, kiçik Mayılovun sosial şəbəkələrdə özünü reklam etdirməsi çox məsələlərdən xəbər verir. Bununla bağlı əldə etdiyimiz fotoları da diqqətinizə çatdırırıq.

Ölkədə hamının eyni müstəvidə dolanması meyarına çalışıldığı halda, Mayılov kiminin ac, kiminin də tox yaşaması kimi pozulmuş sosial-ədalətsizlik prinsipini ortaya çıxarır.

Atası Fuad Mayılovun sağdan-soldan və başından tökülən zəhmətsiz gəlirlər hesabına bir sıra xarici ölkələrdə kefə baxan kiçik Mayılovun əldə etdiyimiz fotoşəkillərini Sizə təqdim edirik. Fuad Mayılovu təsadüfən yada salmadıq.

Əldə etdiyimiz məlumata görə, onun belə meydan sulamasına şəraiti məhz bu gün tutduğu vəzifədən azad edilən Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynov yaradırmış(Azinforum.az).

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq…

"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəis Fuad Mayılovun xaricdə əylənən övladı... - Sensasion iddialar (FOTOLAR)Mia.az Azinforum.az-a istinadən sənəd və fotoları da təqdim edir:

ma5

ma6

ma2

ma3

ma1

ma



Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...