Sürüşmələr aktivləşib, bir neçə yerdə çökmə və sürüşmə sahələri yaranıb

12:39 4.03.2017 1 105
Sürüşmələr aktivləşib, bir neçə yerdə çökmə və sürüşmə sahələri yaranıb
“Ötən ay Zığ sürüşmə sahəsi aktivləşib, torpaq və divarlarda çatların ölçüsündə 0,8-1,0 sm genişlənmə baş verib. Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsi boyunca isə uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, fevral ayında Astara rayonunda Kijəbə sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım olub, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb və eynilə də yolboyu yeni lokal oturma (çökmə) sahələri əmələ gəlib: “Astarada Burcubənd sürüşmə sahəsində olan çatların ölçülərində artım qeydə alınıb və bir neçə yerdə yeni lokal sahədə çökmə sahələri yaranıb. Rayonun Motlayataq və Miki sürüşmə sahələrində də aktivlik baş verib. Lerikdə Veri-Əliabad sürüşmə sahəsində mövcud olan çatların ölçülərində qismən artım olub. Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-dəki sürüşmə sahələrində aktivlik qeydə alınıb. Lənkəranda Horavenç sürüşmə sahəsində ay ərzində aktivləşmə müşahidə olunub. Lənkəranın Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sahədə aktivlik baş verib və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi yaranıb. Masallıda Zuvand sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb. Cəlilabadda Sadatlı sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub. Habelə Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb”.
Ə. Qaralovun sözlərinə görə, Gədəbəydə Daşbulaqçayın sağ sahilində yerləşən yüksək maililiyə malik Pirdağ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub: “Gədəbəydə Arıqıran sürüşmə sahəsi də aktivləşib”.
Ekspedisiya rəisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım olub, eyni zamanda Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-liyi sürüşmə sahəsinin parametrlərində nisbi artım qeydə alınıb: “Siyəzəndə Sədan, Şabranda Baş Əmirxanlı sürüşmə sahələrində aktivlik müşahidə olunub. Şabranda son günlər aramsız atmosfer yağıntıları Qazbabalı sürüşmə sahəsində prosesinin aktivləşməsinə səbəb olub və rayonu kəndlə birləşdirən yol sürüşmə nəticəsində dağılaraq sıradan çıxıb. Quba – Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində müşahidə reperlərinin üzərində nisbi hərəkət müşahidə olunub. Ərazidə bir yerdə uçqun-töküntü prosesi baş verib. Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də sürüşmə sahəsində nisbi aktivləşmə qeydə alınıb. Qusar –Sudur avtomobil yolunun 37-ci km-də sürüşmə sahəsində yerləşdirilmiş müşahidə reperlərində dəyişiklik baş verib, atmosfer çöküntülərinin təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Qobustanda Poladlı sürüşmə sahəsinin parametrlərində isə artım baş verib”.
Ə. Qaralov əlavə edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü axma tipli sürüşmə hadisəsi qeydə alınıb, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım olub: “Şamaxının Muğanlı, Mədrəsə, Meysəri Saqiyan, Qaravəlli, Muğanlı, Cabanı və Dədəgünəş sürüşmə sahələri aktivləşib. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində də proses aktivləşib və nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Ağsuda Sanqalan sürüşmə sahəsində nisbi aktiv vəziyyət müşahidə olunub. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24 və 27-29-cu km-də sürüşmə sahələrində yol boyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində aktivlik qalmaqdadır.
İsmayıllıda Zərnəva sürüşmə sahəsində qrunt sularının təsirindən sürüşmə sahəsində aktivləşmə müşahidə olunub. Rayonun Basqal-Sulut avtomobil yolunun 10-cu km-liyidə, İstisu və Sədiyan sürüşmə sahələrində aktivlik qeydə alınıb”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...