“Təəssüflər olsun ki, beynəlxalq aləmdə vəziyyət daha da gərginləşərək, yeni mərhələyə qədəm qoyur”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb. O bildirib ki, beynəlxalq birliyin əsas aktorları müxtəlif bəyanatlar və təkliflər versələr və çağırışlar etsələr də, nəticəsi yoxdur: “Tərəflər anlaşmaya, dialoqa nail ola bilmirlər. Amma belə vəziyyətin səbəbləri də, nə dərəcə təhlükəli olması da aydındır”.