Ərdoğan "Fərat qalxanı" əməliyyatının əsas hədəflərini açıqladı

16:47 12.02.2017 1 197
Ərdoğan "Fərat qalxanı" əməliyyatının əsas hədəflərini açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada müxalif Azad Suriya Ordusunun iştirakı ilə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının əsas hədəflərini açıqlayıb.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan deyib ki, Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi prosesi başa çatır.
Türkiyə prezidenti növbəti hədəfin PKK terror təşkilatının Suriya qanadı PYD/YPG-nin nəzarət etdiyi Münbic rayonu və İŞİD-in Suriyada əsas mərkəzi sayılan Rakka şəhəri olduğunu söyləyib:
"Əsas hədəf 4-5 min kv.km terrorçulardan təmizlənmiş bölgə yaratmaqdır. Məqsəd Suriyadan köçü önləmək, həm də Türkiyədəki düşərgələrdəki suriyalı qaçqınları öz torpaqlarına göndərməkdir. Bizim həmin bölgədə suriyalı qaçqınlar üçün yeni şəhərlər qurmaq niyyətimiz var. Türkiyə olaraq biz orada hər cür infrastruktur qurulması işlərində iştirak edə bilərik. Beləliklə, heç kimsə başqa ölkədə çadırda, evdə yaşamaq məcburiyyətində olmayacaq. İkinci mərhələdə həmin bölgənin uçuş üçün qadağan edilmiş bölgə elan edilməsi əsas məqsədimizdir. Bu məsələni artıq ABŞ və Rusiya ilə də müzakirə etməyə başlamışıq. Həmin bölgəyə müxalif Azad Suriya Ordusu nəzarət edəcək. Bölgədə suriyalıların özünün kiçik ordusunun olması lazımdır ki, orada yaşayanlar özlərini tam təhlükəsiz hiss etsinlər. Biz təlimlər keçməklə Azad Suriya Ordusuna dəstəyimizi davam etdirəcəyik".
R.T.Ərdoğan ötən gün baş nazirin müavini Numan Kurtulmuşun Əl-Babın alınmasından sonra "Fərat qalxanı" əməliyyatının başa çatacağı barədə söylədiklərini də təkzib edib:
"İŞİD-in əsas mərkəzi Əl-Bab deyil, Rakkadır. Digər tərəfdən, terror təşkilatı PYD/YPG-nin də həmin bölgələrdən çıxarılması vacibdir. Fərat qalxanı əməliyyatı son məqsədə çatana qədər davam edəcək. Bizim niyyətimiz bölgə terrorçulardan təmizləndikdən sonra ordumuzun orada qalması deyil. Ancaq bu məsələyə də həmin günün şərtlərində baxacağıq".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:47

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi