Tarixə düşən iki baş nazir - onların hakimiyyətə gəlişi bizə nə vəd edir...

11:11 27.10.2022 632
Tarixə düşən iki baş nazir - onların hakimiyyətə gəlişi bizə nə vəd edir...

Azərbaycana dost Böyük Britaniya və İtaliyanın Azərbaycan siyasəti haqda maraqlı proqnozlar

Məlum olduğu kimi, hind əsilli Rişi Sunak Böyük Britaniyanın, Corciya Meloni isə İtaliyanın baş naziri seçilib. C. Meloni İtaliyanın ilk qadın, R. Sunak isə Böyük Britaniyanın ilk hind əsilli baş naziri olaraq tarixə düşdü. Hər iki ölkədəki yeni baş nazir təyinatları Azərbaycanda da böyük maraqla qarşılanıb. Belə ki, rəsmi London və Roma Bakının Qərbdəki ən vacib tərəfdaşlarıdır. Hər iki ölkə ilə iqtisadi, siyasi və diplomatik sahədə yüksək əlaqələr mövcuddur. 44 günlük Vətən müharibəsində həm Böyük Britaniya, həm də İtaliya Azərbaycanın haqq işinə diplomatik dəstək nümayiş etdirən nadir Avropa ölkələrindən idi. Digər tərəfdən, başda İtaliya olmaqla, hər iki ölkə ilə enerji sahəsində yüksək əlaqələr var.
Bəs Azərbaycanın dostu olan iki böyük Avropa dövlətinə yeni baş nazirlərin seçilməsi Bakı üçün nə vəd edir? Onların rəhbərliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana münasibəti hansı istiqamətdə formalaşacaq?

Yeganə Hacıyeva
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Böyük Britaniya-Azərbaycan münasibətləri son iki il ərzində krallığın Cənubi Qafqazda nüfuzunun artması, bu strateji regionda maraqlarının təmsil olunması üçün geniş imkanlar formalaşdırıb. Azərbaycan-Böyük Britaniya münasibətləri həmişə yüksək səviyyədə olub. Həmin ölkənin baş nazirinin kimliyindən asılı olmayaraq Böyük Britaniyanın Azərbaycanla əməkdaşlıq münasibətləri davam edib: “Ona görə də biz Böyük Britaniyanı həmişə öz yanımızda görmüşük. Böyük Britaniya həmişə sabit mövqedə qalaraq birmənalı şəkildə Azərbaycanı müdafiə edib. Rişi Sunakın hakimiyyətə gəlişinin bu münasibətlərə mənfi təsir edəcəyi gözlənilmir. Hindistanın Cənubi Qafqazda Ermənistanı müdafiə etməsi, hindlilərin ermənilərlə etnik milli yaxınlıqlarının olması Böyük Britaniyanın Hindistan əsilli baş nazirinin Böyük Britaniyanın Azərbaycan kimi yaxın tərəfdaşları ilə münasibətlərinə müəyyən qısqanclıq nüansları gətirə bilər, amma ciddi təsir edə bilməz. Birləşmiş Krallığın yürütdüyü strateji siyasət, ölkənin maraqları buna imkan verməz. Mən hesab edirəm ki, Rişi Sunakın baş nazirliyi çox da uzun çəkməyəcək. Hesab edirəm ki, o da Liz Trass kimi vəzifəsindən tez getməli olacaq. Bunu da şərtləndirən bir neçə məqamlar var.
O ki qaldı Azərbaycanın daha bir tərəfdaşı olan İtaliyada yeni baş nazirin seçilməsinə, bu ölkənin maraqları Azərbaycanla münasibətlərə həssaslıqla yanaşılmasını tələb edir. Ona görə də biz Britaniya ilə müqayisədə İtaliyadan daha arxayın ola bilərik. Ümumilikdə hər iki dövlət Azərbaycanın Avropada böyük dostlarıdır. Azərbaycan şübhəsiz hər dostu ilə əməkdaşlığı davam etdirəcək".
Turan Rzayev: “Mişelin sözlərindən bu nəticəyə gəlmək olar ki, sülh müqaviləsi barədə danışmaq hələ tezdir" Pravda.az
Turan Rzayev
Politoloq Turan Rzayev bildirdi ki, istər Böyük Britaniya, istərsə də İtaliya Avropanın köklü siyasi sisteminə malik ölkələridir. Hər iki ölkə fərqli xarici siyasətlərə malik olsalar da, yeni baş nazirlərin ölkələrinin Azərbaycanla bağlı mövqeyində ciddi dəyişiklik edəcəyi inandırıcı deyil: “Rişi Sunakla bağlı ən narahatedici məqam onun hind mənşəli olmasıdır. Ancaq bu, yersiz narahatlıqdır. Belə ki, Sunak qlobalist bir şəxsdir. Onun dünyaca tanınmış bank-maliyyə elitası ilə əlaqələri genişdir. Sunakın bütün əlamətləri, həmçinin fəaliyyəti onun hərtərəfli ingilisləşmiş olduğunu göstərir. Sunak hind milliyyətçisi olsa idi belə, Britaniya siyasi sistemindən kənara çıxa bilməzdi. Onun baş nazir kimi ilk telefon zəngini Ukrayna Prezidenti Zelenskiyə etməsi və Londonun Ukraynaya dəstəyinin bundan sonra da davam edəcəyini bəyan eləməsi də bunun təsdiqidir.
İtaliyanın yeni baş naziri Corciya Meloniyə gəldikdə isə onun oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxışı Azərbaycanla münasibətlərində necə formalaşdıracağına aydınlıq gətirir. Enerji problemindən danışan Meloni bildirib ki, İtaliya Putinin şantajına boyun əyməyəcək, Putinin enerji şantajına boyun əymək problemi dərinləşdirmək deməkdir, azadlığın öz qiyməti var. Ümumiyyətlə, İtaliya Rusiyanın qaz asılılığından xilas olmaq yolunda sürətlə irəliləyən ölkələrdən biridir. Son 7 gündə İtaliya "Qazprom"dan qaz almayıb. Bu, 1974-cü ildən bəri ilk belə haldır. Görünür, Meloni də keçmiş baş nazir Draginin bu siyasətinə sadiq qalacaq. İtaliyanın Rusiyadan qaz nəqlini dayandırması bu ölkənin qaza olan tələbatını digər ölkələrdən, həmçinin Azərbaycandan qaz nəql edərək kompensasiya edə biləcəyndən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Corciya Meloninin dövründə də davam edəcək. Nəticə etibarilə istər Rişi Sunakın, istərsə də Corciya Meloninin baş nazirliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana qarşı mövqeyində elə də ciddi bir dəyişiklik olmayacaq".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

14:10

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!