
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev apreldə Bakıya səfər edəcək.
azerinform.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov söyləyib. O, iki ölkə arasında münasibətlərin çox inkişaf etdiyini bildirib.
Qeyd edək ki, Nazarbayev keçən il oktyabrın 12-də Azərbaycana səfər etməli idi. Lakin sonradan səhhətində yaranan problem bu səfəri gerçəkləşdirməyə imkan verməyib.