DÖVLƏT AGENTLİYİ İNHİSARÇILIĞA XİDMƏT EDİR?- Agentliyin qanunsuz fəaliyyəti aşkarlanıb

11:13 11.09.2021 1 294
Azərbaycanda bəzi dövlət qurumlarının məlum maraqlardan çıxış edərək, ölkədə inhisarçılığa şərait yaratdığı, azad rəqabət mühitinin yaranmasına imkan vermədiyi heç kimə sirr deyil. Bunun nəticəsi olaraq, ölkədə azad, müasir dünya standartlarına cavab verən biznes mühitinin formalaşması heç cür baş tutmur.

İnhisarçılıqla mübarizə sahəsində dövlət siyasətini reallaşdırmalı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son zamanlar bir qədər ləng də olsa, müəyyən addımlar atmaqdadır. Bir müddət əvvəl sözügedən Dövlət Xidməti sement və klinker bazarında aparılan araşdırmalar nəticəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı iş qaldırmışdı. Sement bazarındakı inhisarçılardan olan bu şirkətlə bağlı qeyd olunurdu ki, “Norm” bazardakı hökmran mövqeyindən istifadə edərək, sahibkarlara qarşı qanunsuzluqlara, belə demək mümkünsə, manipulyasiyalara yol verir.

Bu dəfə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri sahəsində rəqabətin məhdudlaşdırılması hallarını aşkarlayıb.

DÖVLƏT AGENTLİYİ İNHİSARÇILIĞA XİDMƏT EDİR?- Agentliyin qanunsuz fəaliyyəti aşkarlanıb

“AzPolitika.info” xəbər verir ki, xidmətin rəsmi məlumatına görə, məqsəd təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallarının qarşısının alınmasıdır: “Araşdırmalar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən, özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.”

Göründüyü kimi, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” rəsmən inhisarçılığa şərait yaratmaqda, icbari tibbi sığorta xidməti bazarına burada adı çəkilməyən hansısa özəl tibb müəssisələrinin daxil olmasına imkan verməməkdə günahlandırılır. Bu isə açıq şəkildə sözügedən agentliyin kimlərinsə xeyrinə icbari tibbi sığorta xidməti bazarında azad rəqabətin yaranmasına imkan verməməsi deməkdir.

Agentlik rəhbərliyinin bununla kimlərin “əlinə oynadığı” barədə hər hansı məlumat verilmir. Təbii ki, bununla da hansısa tibb müəssisələri böyük gəlirlər etdiyi halda, digərləri bu imkanlardan məhrum edilir. Rəqabət mühitinin olmaması isə eyni zamanda bu sahədə vətəndaşlara tibbi xidmətin də səviyyəsini aşağı salmış olur.

Hər halda, ümid edək ki, bu araşdırma məntiqi nəticəsini verəcək və bu sahədə agentliyin qanunsuz fəaliyyətilə bağlı daha detallı məlumat veriləcək.

Xatırladaq ki, ölkə başçısının 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevdir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

07:24

“Nar” metroda şəbəkəsini gücləndirir

22:02

Hüquqi dövlət

17:00

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

23:45

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

23:43

“Nar” şəbəkəsi Xankəndi şəhərində

19:43

Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə! – Sabahdan...

13:39

“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

02:34

Hərbçilərimiz Xocavəndin mərkəzində - VİDEO

02:29

Azərbaycan rəsmisi Xankəndidən FOTOSUNU paylaşdı

02:26

Prezident antiterror tədbirlərindən DANIŞDI

02:24

Saakyan, Qukasyan və Arutyunyan Xankəndidədir – Azadlıq radiosu

19:56

Qardaşlıq jesti

01:22

Bu gün Azərbaycanda Anım Günüdür - UNUTMARIQ! UNUTDURMARIQ!

01:15

"Cır-cındır içində, dilənçi, ac...” - Çingiz Abdullayev əsəbiləşdi

01:12

Günün fotosu – Bin Laden ola bilməyən Ruben

00:21

Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir

01:47

Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev barədə deyilənlərə TUTARLI BİR CAVAB

23:46

İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti

16:55

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!

21:05

Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir

20:51

Ciddi təhlükə mənbəyi

02:25

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə Beynəlxalq Elmi-Praktik Konfrans öz işinə başlamışdır

00:03

Azərbaycan Milli Kitabxanası TƏKZİB EDİR: "Milli Kitabxana açıqdır və..."

16:52

“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!

07:35

Allah rəhmət eləsin!

02:00

Paşinyan üçün SONUN BAŞLANĞICI – İrəvanı itirən Nikolu kim xilas EDƏCƏK?

22:53

DİPLOMSUZ ŞƏHİD VƏ QAZİLƏRİMİZ…

22:49

Birgə ticarətin inkişaf dinamikası

13:13

“Nar” “Bilik günü”-də Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

23:45

Ağsu şəhər 3 saylı tam orta məktəbdə 15 sentyabr "Bilik günü"nə həsr olunmuş tədbir keçirilmişdir

13:06

“Nar” beynəlxalq mükafata layiq görüldü

07:46

“Nar”dan yeni dərs ili üçün əla fürsətlər!

07:41

“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir

11:27

Qubada dünya standartlarına cavab verən “SHİSHA” CAY EVİ - Burada hər şey gözəldir...