Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

17:21 3.03.2025 199
28 fevralda Ağ Evdə Vladimir Zelenski və Donald Tramp arasında yaşanan qalmaqal hələ də müzakirə olunur və yəqin ki, aylarla gündəmdən düşməyəcək, illərlə dartışılacaq.

Zelenski özünü bir siyasətçiyə uyğunmu apardı, ya səhvlər etdi? – bunlar da illər sonra üzə çıxacaq, Kennedi qətli kimi yüzlərlə versiya deyilir və deyiləcək; ancaq bir neçə detalı unutmamaq lazımdır, müzakirələrdə bunları da yada salmaq pis olmazdı.
Əvvəla, bu qalmaqalın diplomatiya tarixinə “Zelenski-Tramp mübahisəsi” kimi düşməsi özü yanlış formatdır. Zelenski orda təkcə Tramp yox, həm də vitse-prezident Venslə üz-üzəydi və bu, hamısı deyil!
Ağ Evin xidmətində duran və görünür, əvvəlcədən hazırlanmış ssenari əsasında Ukrayna liderinə kostyum geyinməməsi ilə bağlı “sual” ünvanlayan “jurnalist” də, orda səfərbər olunan digərləri də, mühit və aura da – hər şey Zelenskiyə qarşıydı.
Təsəvvür belə etmək mümkün deyil ki, Tramp-Vens hücumları qarşısında cavab verməyə çalışan və hətta söz deməsinə belə imkan verilməyən Zelenskiyə niyə kostyum geyinmədiyi soruşulur.
Çingiz Abdullayev maraqlı bir yanaşma sərgiləyib, Zelenskinin öz aktyor təcrübəsindən istifadə edərək, bu suala çevik, yumoristik və uğurlu bir cavab vermək imkanı olduğu halda bu fürsətdən yararlanmadığı, əksinə, qarşı tərəfi bir balaca sancmağa çalışan qeyri-peşəkar mövqe sərgiləməsinə diqqət çəkib.
Əslində, Zelenskinin təcrübəsi və yumoristik beyni bu suala daha uğurlu cavab verməsini təmin etməliydi. Ancaq axı, bu sual “qəfil keçid” idi, tamamilə fərqli və emosional qalmaqal zamanı ortaya atılan bu gözlənilməzlik Zelenskini illərlə öyrəşdiyi səhnəyə qaytara bilməzdi: Ağ Evdə səhnəyə yox, “meydana” düşmüşdü: bu, komediya deyildi, dram da deyildi, tam bir oyun meydanıydı və burada “top” bir deyildi və hər kəs öz topuyla Ukraynanın qapısına zərbə endirirdi. Zelenski 11 nəfərə qarşı tək idi, “oyun” başlayan kimi qapıya çəkilmişdi, müxtəlif istiqamətlərdən vurulan zərbələri qaytaran vaxt “jurnalist” də “hakim”in özbaşına qərarı ilə təyin etdiyi penalti yerinə yetirirdi.
Bir anlıq düşünək: 3 ildir adam bunkerdə yatır; 3 ildir normal həyatı yoxdur; 3 ildir dünyanın ən böyük nüvə gücü ilə savaşdadır; hər gün yüzlərlə itki, şəhərlərin, kəndlərin, infrastrukturun dağılması, üstəlik, sui-qəsd cəhdləri ilə üz-üzədir.
Bu savaşda Ukraynaya heç nə vaxtında çatdırılmayıb. Zelenskidən minnətdarlıq tələb edən Tramp “Oreşnik”, “Kalibr”, “Xəncər”in qarşısında quşatan daşı olan “Javelin”ə görə minnətdarlıq tələb edirdi!
Çörçillin Almaniya ilə müharibə qərarı verəndən sonra Ruzveltlə telefon danışığını xatırlayırsınızmı? Gəmilər istəyir, qarşısında “qış geyimi” alır, telefonu bağlayıb, ağır bir söyüş söyür, yenidən telefona “Çox sağ olun, cənab prezident, bu yaxşılığınızı unutmarıq” deyir...
Zelenski Çörçill deyil, Ukrayna isə Britaniya!
Danışıq telefonda getmirdi, canlıydı və heç bir ciddi siyasi təcrübəsi olmayan bir şəxs birdən-birə bu gərginliyin, stressin altındadır. Onun bir insan kimi əsəbləri buna dözmürdü.
Zelenski həm də dəqiq informasiyaların içindədir. 1994-cü ildə Ukraynadan nüvə silahı ABŞ, Britaniya və Rusiyanın birgə təhlükəsizlik zəmanəti ilə alınıb. İndi Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələrdən biri onun ərazisini işğal edir, şəhərlərini, kəndlərini dağıdır, milyonlarla insanını qaçqın salır və xalqını məhv edir, digəri isə bu müharibədə etdiyi yardımın ən azı iki qatını geri almaq istəyini açıqca ortaya qoyur: Biri torpağına, biri sərvətinə əl atır.
Tramp edilən yardım və kreditlərin hamısını faizi ilə hesablayıb, 350 milyarda qaldırandan sonra onun iki qatını (hətta 1 trilyonluq saziş də ola biləcəyini deyir) geri istəyir.
ABŞ 30 ildir “qarantı olduğu” ölkəyə işğaldan qorunmaq üçün verdiyi dəstəyə görə minnətdarlıq tələb edir və Tramp dayanmadan yalnız bunu təkrarlayır, Venslə birgə.
Tramp heç bir diplomatik qaydalara sığmadan Zelenskini “yamsılayır” – yəqin ki, dünya diplomatiya tarixində belə şey olmayıb.
Zelenskinin psixoloji durumu normal olsa, əlbəttə ki, müdaxilə etməz və qarşı tərəfin öz mahiyyətini tam çılpaqlığı ilə ortaya qoymasına şərait yaradar, sonra sözünü deyərdi.
Zelenski bunu bacarmadı – hər şeydən öncə ona görə ki, o, “başqa dildə” danışırdı. Emosiyalar qızışanda insana xas xüsusiyyətdir – ana dilində düşünür: Zelenskinin beyni də “ukraynca” işləyirdi, o, cavablarını beynində tərcümə edirdi və gecikməmək üçün “tərcümələrini” dərhal deyirdi – təsadüfi deyil ki, Vensin “ingiliscə” hücumuna dodaqları altında “ukraynaca söyüşlə” cavab verdi - bu da gərginliyi artırırdı.
Zelenski “ingiliscə” düşünə bilmirdi və buna görə də lazım olan sözü tapmaqda çətinlik çəkirdi.
O, Ukraynanın ingiliscəyə “tərcüməsi” üçün getmişdi, Ağ Evdə isə onu anlayacaq, onun keçirdiyi sarsıntıları başa düşəcək, onun ağrılarını ifadə etməsi üçün şərait yaradacaq komanda yox idi.
Zelenskinin “Siz məni bura ona görə dəvət etmişiniz ki...” sözləri ilə başlamaq istədiyi “çıxışa” da imkan verilmədi; ondan “kostyumlu”, “ütülü”, hegemon dövlətin sərhəd bilməyən lideri qarşısında ingiliscə mütilik tələb olundu – o isə sözün hər mənasında kostyumsuz, qalstuksuz və dilsiz-silahsız idi.
Zelenski 3 ildir kostyumsuzdur – çünki Ukraynada “qalstuk” yox, 3 ildir yalnız mərmilər danışır.
Zelenski bütün səfərlərini o qiyafəsi ilə edir – qarşısındakılara hardan gəldiyini və nələr yaşadığını göstərmək üçün!
Ağ Evdə isə heç kəsin onun “hansı kökdə” olduğuna və hansı havanı çaldığını dinləyəcək kimsə yox idi!
Zelenski doğru deyirdi, o, qumar oynamır, kartı da yoxdur; qumarı qumarbazlar oynayır və əllərində də “yaxşı” kozırları var. Bu qumara Ukrayna qoyulub, indi ortaya yığılan “sərvəti” qumarbazlar razılığa gəlib, bölmək istəyirlər və bölürlər də: Rusiya əsgər qanı bahasına aldığı torpaqları, ABŞ isə yatırdığı vəsaiti.
Zelenski “va-bank” getmir, sadəcə, qumara qoyulanları məhv edir – özü ilə birgə: qumarbazın birinə ərazilərin, digərinə dolların külünü saxlamaq istəyir.
Tramp-Vens cütlüyü vəsaitlərinin yanmasından narahat-əsəbidir; Ona görə “Zelenski hazır olanda, gəlsin” mesajının ardı-arası kəsilmir.
Qəssablar piy axtarırlar!
...Zelenski aldadıldı, indi isə alçaldılır və təhqir edilir...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:27

YPX Alayının 11-ci tağımının komandiri polis mayoru Qurban Gülməmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO