"AzerGold" QSC Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsinin sınaq laboratoriyasının fəaliyyəti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Intertek Azeri Ltd" MMC-dir.
Qalib şirkətə 5 862,3 min manat ödəniləcək.