Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubundan ayrılacağını bildirib.
“Qafqazinfo”-ya istinadən yayılan məlumatda deyilir ki, “CBC Sport”a açıqlama verən təcrübəli əlcək sahibi mövsümün sonunda Portu təmsilçisi ilə bitən müqaviləsini uzatmayacağını deyib:
“Mövsümün sonunda Portu klubu ilə müqaviləmi uzatmayacağam. Əsas heyətə düşmək mənim üçün çətin olacaq”.