Madridin “Real” klubunun üzvü Kriştiano Ronaldo yol hərəkət qaydalarını pozub.
azerinform.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə İspaniya La Liqasının XXIV turunda baş tutan “Real” – “Las Palmas” oyunundan sonra baş verib.
Belə ki, idarə etdiyi “Audi” markalı avtomobillə stadiondan çıxmağa çalışan portuqaliyalı futbolçunun önünü azarkeşlər və jurnalistlər kəsib.
Ronaldo isə avtomobilini saxlamayıb və həmin yerdən uzaqlaşıb. O, hətta polisin gözü önündə işıqforu qırmızı işıqda keçib.