Fərdi evlərdə çatlar yaranıb
Ölkə ərazisində səhər saatlarında baş verən zəlzələ cənub bölgəsində də hiss olunub.
İstiPress-in cənub bürosunun məlumatına görə, zəlzələ zamanı Cəlilabadın bir sıra ərazilərində fərdi evlərdə çatlar yaranıb. Bu barədə yerli sakinlər xəbər veriblər. Bundan başqa, bəzi evlərdə olan məişət əşyaları, çıl- çıraqlar da zəlzələnin təsirindən yerə tökülərək yararsız hala düşüb