Kərəm Həsənov-Abidin Fərzəliyev adı yenə MTN işində - Sensasion faktlar

02:03 2.05.2017 3 307
Kərəm Həsənov-Abidin Fərzəliyev adı yenə MTN işində - Sensasion faktlar
Adı MTN işinə qarışmış məmurların gələcəkdə vəzifədə qalacaqlarının şübhə altında olduğunu xəbər vermişdik

Sabiq nazir Eldar Mahmudovla bu və ya digər şəkildə işbirliyi, əlaqəsi olmuş məmurlar üçün yaxşı perspektiv vəd edilmir. Bu günlərdə daha iki məmurun adı MTN işinə qarışıb.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevin məhkəmə prosesinə start verilib. Generalın ittiham aktında əks olunanlar bu prosesdə bir sıra sensasion məqamların üzı çıxacağını göstərir.

Bu barədə gununsesi.info-nun Elçin Quliyevin ittiham aktına istinadən verdiyi xəbərə görə, məhkəmədə dindiriləcək şəxslər arasında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qaynı Rafiq Səfərov da var.

Belə ki, vaxtilə, MTN-nin Xəzər Rayon İdarəsinin rəisi işləyən Rafiq Səfərov Elçin Quliyevin göstərişi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun razılığı ilə qanunsuz əməl törədib.

Ulus.Az xəbər verir ki, Rafiq Səfərov MTN adından istifadə edib sahibkarların pul-paralarını, mal-mülklərini əllərindən alıb.

Bu haqda iş adamı Zaur Əzimovun müraciətində də faktlar var: “Eldar Mahmudovun soyğunçu dəstəsinin kölgədə qalan üzvlərindən olan Rafiq Səfərov keçmiş nazirə yaxınlığı ilə tanınırdı.

Rafiq Səfərov hələ nazirlikdə sıravi işçi olduğu vaxtlardan Eldar Mahmudovun yaxın qohumu, əmisi oğlu və köməkçisi Vüqar Mahmudov vasitəsilə həyata keçirilən çirkin əməllərə cəlb olunmuşdu və verilən “əməliyyat” tapşırıqlarını can-başla yerinə yetirirdi.

Buna görə o, əvvəlcə MTN Xətai rayon şöbəsinə rəis müavini, daha sonra isə MTN Xəzər rayonu və MTN Binəqədi rayon şöbələrinə rəis təyin olunub.

Xəzər rayonunda işlədiyi müddət ərzində Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin bölmə rəisi Heydər İslamovla “möhtəşəm cütlük” halında sayı-hesabı olmayan qanunsuz əməllərə imza atıblar.

Rafiq Səfərov Vüqar Mahmudovun köməkliyi ilə MTN monitorinq mərkəzinin işçisi Anar adlı şəxslə iş adamlarının və vəzifəli şəxslərin telefon danışıqlarına qulaq asaraq daha sonra onları şantaj ediblər.

Ulus.Az xəbər verir ki, MTN Xəzər rayon şöbəsinin rəisi vəzifəsini icra etdiyi zaman Xəzər Rayon İcra Hakimiyyətinin 7-8 qəsəbə nümayəndələrinə, bələdiyyə sədrlərinə İrana casusluqda və “Hizbullah”ı maliyyələşdirməkdə ittiham edəcəyi ilə hədə-qorxu gələrək, Rafiq Səfərov və Heydər İslamov yaxınlarının və özlərinin adına xeyli torpaq sənədləşdiriblər.

Bu barədə Prezident Administrasiyasına yazılı məruzə edilib, həmin müraciət araşdırılması üçün Xəzər Rayon İcra Hakimiyyəti başçısına göndərilib.

Lakin 1995-ci ildən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Gülağa İslamov bu məlumatın “əsassız, şişirdilmiş və böhtan xarakterli olduğunu” deyib. Amma bundan sonra Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin rəisi vəzifəsinə təsdiq olunmur, oradan MTN Xətai şöbəsinə rəis vəzifəsinin icraçısı kimi göndərilir. Bütün bu işləri görən R.Səfərov isə Nərimanov rayon icra başçısının qaynıdır.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB