Rusiyanın Xarici İşlər Nazirliyi ermənilərin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində qondarma “referendum”un keçirilməsi məlumatına dair bəyanat verib.
TASS-a istinadən yayılan xəbərdə deyilir ki, Rusiya XİN-in bəyanatında deyilir:
“Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Onun statusu Minsk prosesinin çərçivəsində siyasi danışıqlar yolu ilə həll edilməlidir”.