Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

11:49 16.08.2025 317
Tramp görüşdə qarşıya qoyduğu ana məqsədə çatmadığını özü də etiraf edib. O, danışıqları “böyük irəliləyiş” adlandırsa da, əsas məsələlərin həll olunmamış qaldığını bildirib. Bununla belə, beynəlxalq izolyasiya altında olan Vladimir Putinin Alyaskada ayağının altına qırmızı xalı salınaraq qəbul edilməsi müasir dünyanın 1 nömrəli diktatorunu mükafatlandırmaq demək idi. Bu mənada Alyaska görüşünün baş tutmasının özü belə, Putinin xanasına yazılmış ən yüksək baldır.
Axar.az xəbər verir ki, bu sözləri ekspert Heydər Oğuz ABŞ və Rusiya liderlərinin 15 avqustda Alyaskada baş tutan görüşünün nəticələri ilə bağlı qeyd edib.
“Alyaska görüşündə Putinin F-22-lərin yanından keçirildiyi anda başının üzərindən bir də B-2, F-35 təyyarələrinin uçurulması Rusiya liderinə göstərilmiş ən böyük göz dağı idi. Putin nə qədər hisslərini gizlətməyə çalışsa da, bu psixoloji həmlədən xeyli təsirləndiyini sezməmək mümkün deyildi. Adamın gözləmədiyi sürprizlərdən üz-gözünün əyildiyi açıq-aşkar sezilirdi. Yəqin ki, bundan sonrakı mərhələlərdə Putin sözügedən mesajdan nəticə çıxararaq hərəkət edəcək. Böyük ehtimalla, Medvedyevə bundan sonra nüvə təhdidləri verdirərkən iki dəfə düşünməli olacaq. Xüsusilə B-2 təyyarəsinin nümayişkaranə şəkildə Rusiya prezidentinin başı üzərindən uçurulması ABŞ-ın nüvə savaşından çəkinmədiyini göstərirdi. Zira B-2 təyyarəsinin əsl təyinatı atom bombası daşımaqdır və onun hansısa aeroportu qorumaq, yaxud hərbi paradda iştirak etmək missiyası yoxdur. ABŞ onu Putinin başı üzərindən uçurmaqla rəsmən Rusiya liderini təhdid edirdi”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Putinin “növbəti görüşü Moskvada keçirək” təklifinə Trampın yarı-könül şəkildə “baxarıq” cavabı verməsi ABŞ prezidentinin bir də belə səhvə yol verməyəcəyini göstərirdi:
“Fikrimcə, Tramp Rusiyaya əks-mesaj imkanı verməmək üçün onunla həm də Rusiyada görüşmək fikrinə düşməyəcək.
Putinlə Tramp arasında görüşdə əldə edilən yeganə nəticə, böyük ehtimalla, Rusiyanın təbii sərvətlərinin birgə istismarı ola bilər. Amma Rusiyanın təcavüzkar siyasəti bunu belə şübhə altına salır. Hər halda, ABŞ təkcə Tramp tərəfindən idarə olunmur, onun qədər səlahiyyətlərə sahib olan Konqres və Senat var. Və hər 2 ildən bir bu qanunverici orqanların tərkibi dəyişilir”.
Ekspertin fikrincə, Putinin Alyaska görüşünə gəlməkdə əsas məqsədi Rusiyaya tətbiq olunan sanksiyaları yarmaq idi. Görüşün Trampın istədiyi səviyyədə uğurlu alınmaması bu ehtimalı da zəiflədir:
“Putin böyük ehtimalla, Alyaskaya səfərinə çıxarkən Trampla bərabər dünyanı bölüşdürəcəyi xəyalı qururdu. Tramp nə qədər təcrübəsiz diplomat olsa da, yaxşı maklerdir. O, gözəl başa düşür ki, dünya üzərində Putinin öz təbiri ilə desək, ciddi kartları yoxdur. Yəqin ki, görüşdə ona nə söz verməsindən asılı olmayaraq, bu sövdələşməyə getməyəcək.
Tramp da əslində bu görüşdən böyük bir nəticə gözləmirdi və Ukrayna müharibəsinin bitməsi onun da məqsədinə uyğun deyildi. ABŞ prezidentinə Avropa ölkələrini müharibə təşvişi altında saxlamaq və onlara uzun müddət yüz milyardlarla dollarlıq silah satmaq daha çox sərf edir. Düşünürəm ki, Putinin çətin “islah olunan cani” qismində avropalı müttəfiqlərinə təqdim etmək planı işə yaradı.
Bundan sonra Avropanın Ukrayna məsələsinə daha ciddi fikir ayırması lazım gələcək. Xüsusilə də Rusiyanın Avropadakı qalası Serbiyada başlayan iğtişaşlar Moskvanı “qoca qitə”nin dərinliklərinə çəkə biləcəyini də hesaba qatsaq, Qərb ölkələri Moskva ilə cani-dildən hesablaşmağa məcburdur.
Bir sözlə, Alyaska görüşündən həm Putin, həm də Tramp istədiyini aldı. Fikrimcə, görüşün nəticələri barədə ən gözəl təsbiti Trampın keçmiş milli təhlükəsizlik müşaviri olan, indi isə onun ən radikal düşməni sayılan Con Bolton edib: “Alyaska görüşündə Tramp uduzmadı, amma Putin açıq-aşkar qalib gəldi”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

12:30

Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində "Siyəzənnfet" NQÇİ-nin rəisi Rauf Alməmmədov KİMDİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır