Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:46 23.07.2025 285
Səfəvi hökmdarı Şah İsmayıl Xətai ilə bağlı sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələr səngimək bilmir. İndi də şahın 1514-cü ildə Çaldıran döyüşündən sonra həyat yoldaşı Taclı bəyimi meydanda qoyub qaçdığı iddia edilir.

Hətta bu məsələnin Osmanlı mənbələrində qeyd olunduğu da deyilir. Guya Şah İsmayıl döyüşdə məğlubiyyətdən sonra yanında olan adamları ilə birlikdə meydanı tərk edib və həyat yoldaşını geridə qoyub.
Bu, nə dərəcədə həqiqətə uyğundur? Türkiyədə Səfəvi hökmdarına belə bir qərəzli yanaşmanın səbəbi nədir?
Globalinfo.az-a danışan yazıçı Məhbubə Cəfər deyib ki, Türkiyədə Şah İsmayılı əsasən “Xətai” kimi tanıyırlar, yəni şair kimi qəbul edir, amma dövlət başçısı kimi təqdim etmirlər:
“Onun tam adı Şah İsmayıl Səfəvi adlandırılmalıdır. Çünki “Xətai” onun şair kimi istifadə etdiyi ədəbi təxəllüsdür, “Səfəvi” isə rəhbərlik etdiyi dövlətin adından gəlir. Yəni onu bu formada təqdim etmək daha doğru olar. Osmanlılar tarixən Şah İsmayılı sevməyiblər. Buna baxmayaraq, hazırda Türkiyədə onu sevən, rəğbət göstərən kifayət qədər insan var.
Şah İsmayılın bəzi dairələr tərəfindən sevilməməsinin səbəblərindən biri onun Osmanlı hökmdarlarından fərqli olaraq hərəmxana saxlamaması, əxlaqlı və dürüst bir şəxsiyyət kimi tanınmasıdır. Səfəvi hökmdarı xalqına böyük xidmətlər göstərib, ədaləti bərpa edib və Azərbaycan ərazilərini birləşdirərək güclü bir dövlət qurub. Şah İsmayıla qarşı yönələn tənqidlərin bir qismi Şirvanşahlar üzərində həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqələndirilir. Lakin bu kontekstdə maraqlı bir sual yaranır: 40 min Anadolu şiəsinin başını kəsdiyi deyilən Yavuz Sultan Səlim necə olur ki, qəddar və zülmkar sayılmır? Halbuki bu, tarixdə qeydə alınmış ciddi bir vəhşilik kimi qiymətləndirilə bilər. Belə ikili yanaşmalar Şah İsmayılın siyasi və insani dəyərlərinin bəzən qərəzli şəkildə kölgə altına salındığını göstərir”.
WhatsApp Image 2025 07 23 at 01.25.17
Məhbubə Cəfər 
Yazıçı qeyd edib ki, Taclı bəyimin əsir götürülməsi ilə bağlı iddialar tarixi həqiqətə uyğun deyil:
“Həmin dövrdə Anadolu qadınlarından ibarət ordu yaradılıb və Səfəvi dövlətində də Taclı bəyimin rəhbərliyi ilə oxşar bir qadın dəstəsi təşkil olunub. Bu orduya 10 mindən çox qadın qoşulub. Taclı Bəyim də öz qadın döyüşçüləri ilə birlikdə savaşda iştirak etmək istəyirdi. Lakin Şah İsmayıl buna icazə verməyib. O, bunun ədalətli döyüş olmayacağını bildirib və deyib ki, Yavuz Sultan Səlimin göndərdiyi dörd məktubdan yalnız birinə cavab yazıb. Onun məktubları təhqiredici məzmun daşısa da, Şah İsmayılın verdiyi yeganə cavabda qarşı tərəfə hörmət nümayiş olunub. Buna baxmayaraq, Yavuz Səlim hücum niyyətindən əl çəkməyib və münaqişəyə səbəb olan gərginliyi davam etdirib. O səbəbdən Şah İmsayıl döyüşün ədalətli olacağına inanmayıb. Beləliklə, şah Çaldıran döyüşünə qatılmaq istəyən qadınlara müraciət ünvanlayaraq, “İstəmirəm ki, qadınlarımız əsir düşsün”, –  deyib. O, ehtiyac yaranacağı təqdirdə qadınlara uzaqdandağların başında müdaxilə etməyi – yəni ox atmağı tapşırıb.
Lakin Taclı bəyim vəziyyətin kritik olduğunu görərək atını minib bacıyanlarla (qadın döyüşçülərlə) birgə savaşa atılır. Döyüş zamanı yaralanır. Onu Bəhruzə adlı bir qadın döyüşçü xilas edir. Bəhruzə xanım Taclı bəyimi təhlükədən uzaqlaşdırmaq üçün bir kolda gizlədir, çünki düşmən mövqeyinə yaxın ərazidə onu tərk etməyin təhlükəli olduğunu anlayır. Bəhruzə xanım Taclı bəyimin üst geyimini geyinir, atına minib gedir. Düşmən elə bilir ki, bu, Taclı bəyimin özüdür və onun ardınca düşürlər. Bu vaxt Şah İsmayılın xanımı yaralı halda kolluğun içində qalır. Bir müddət sonra təsadüfən həmin ərazidən keçən bir nəfər zəif zarıltı səsi eşidir və yaxınlaşaraq Taclı bəyimi görür. Nə baş verdiyini soruşanda, Taclı bəyim başındakı əmmamənin üzərindəki ləli göstərib deyir: “Apar, bunu Xoy hakiminə ver. O, kim olduğumu anlayacaq”. Taclı bəyim bu şəkildə öz kimliyini çatdıraraq kömək istəmiş olur. Orada başa düşürlər ki, bu Səfəvi hökmdarının xanımına məxsusdur və həmin əraziyə gedib onu müalicə edib vəziyyəti barədə Şah İsmayıla xəbər göndərilir. Bu arada Bəhruzə xanım isə düşmən tərəfindən əsir götürülür. O, öz kimliyini gizlədir və düşmənlər onun həqiqətən də Taclı bəyim olduğunu düşünürlər. Bu səbəbdən düşərgədə ciddi ajiotaj yaranır və vəziyyətlə bağlı müxtəlif söhbətlər dolaşmağa başlayır”.
Ləman İmran
Globalinfo.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib