“Bu çox vacib qanun layihəsidir və III oxunuşdan qəbul etmək lazımdır. Bölgələrdə, yerlərdə baxçalar və məktəbəqədər təhsillə bağlı problemlər var. Bu qanunun qəbulu və icrası prosesi sürətləndirə bilər”.
azerinform.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Qənirə Paşayeva deyib.
Qeyd edək ki, hazırda parlament “Məktəbəqədər təhsil haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirə edilir.
Q.Paşayeva deyib ki, qanunda "dövlət bütün imkanları yaradır" fikri var:
“Bu müsbətdir, ancaq ümumi ifadədir. Fikrimcə, özəl baxça və təhsiləqədər müsəssisələrin yaradılmasında dövlətin hansı imtiyazları yaratdığını qeyd etmək olar. Yəqin ki, icra qurumlarında bu məsələ bəlli olacaq. Məktəbələrə gedən uşaqların çoxu məktəbəqədər təhsildən kənardadır. Odur ki, qanunun qəbulu vacibdir”.