Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 milyard 224,8 milyon manat (təxminən 4,2 milyard dollar) təşkil edib.
Oxu.Az-ın məlumatına gprə, Report Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 milyon manat və ya 2,64% çoxdur.
Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 milyon manat (təxminən 570 milyon dollar) və ya 11,94% azalıb.
Hesab edilir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.