Ətin qiymətini kim qaldırır?

13:24 7.03.2017 1 599
Ətin qiymətini kim qaldırır?
Novruz bayramı yaxınlaşdıqca bazar və mağazalarda ət və ət məhsullarının qiymətində bahalaşma müşahidə edilir.
Son günlər mal əti ilə yanaşı, toyuq əti və yumurtanın da qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq, 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
azerinform.az musavat-a istinadən xəbər verir ki, toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Mağazalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır.
Qeyd edək ki, marketlərdə mal ətinin qiyməti 11,50-12,50 manat arasında dəyişir. Sümüksüz ətin kiloqramı isə 13 manatdır. Qoyun ətinin kiloqramı 11-12 manatdan təklif olunur. Qəssablarda isə mal əti 10,50 - 11 manata satılır. Sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatın üzərindədir.
Diqqətçəkən məqamlardan biri də odur ki, mərkəzdən uzaqlaşdıqca ətin qiyməti də ucuzlaşır.
Məsələn, Bakının mərkəzində kiloqramı 11,50 manata satılan ət ətraf rayonlarda, 10,50 - 11 manata, Bakı kəndlərində - Maştağada 10,50, Balaxanıda isə 10 manata satılır.
Quş ətinin qiymətinə gəlincə, marketlərdə müxtəlif şirkətlərə məxsus yerli dondurulmuş toyuq ətlərinin kiloqramı 4,50 - 5 manat arasında dəyişir.
Bazarda isə diri şəkildə toyuqlar 6-7 manata satılır. Bu qiymətə 1 manat da əlavə etsəniz, toyuğu gözünüzün önündə kəsib təmizləyirlər.
Yumurtanın qiymətinə gəlincə, qısa bir müddət ərzində qiymətlər 12 qəpiyə kimi düşsə də, hazırda yenidən 15-17 qəpik arasında dəyişir. Təbii ki, söhbət fabrik yumurtasından gedir. Çünki kənd yumurtasının bir ədədi 25-30 qəpiyə təklif olunur.
Toyuq ətinin və yumurtanın bahalaşma səbəblərinə gəlincə, satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edirlər. Onların fikrincə, bayramla əlaqədar bahalaşma davam edəcək. Çünki tələbat artıb.
Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə, toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb.
Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.
Aydın Vəliyevin sözlərinə görə, yerli istehsalın maya dəyəri xaricdən idxal edilən məhsullardan daha baha başa gəlir:
"Bu gün bizdə yem xaricdən alındığı üçün yumurtanın bir ədədinin qiyməti 14-15 qəpiyə başa gəlir. Yumurta 11 qəpiyə satılanda istehsal həddən artıq çox, tələbat isə az idi. Məcburən qiymətləri endirdik.
İri təsərrüfatlar yemi xaricdən birbaşa özləri alırlar. Onlar üçün yumurtanın maya dəyəri nisbətən ucuz olur, xırda təsərrüfatlar isə yemi 2 və 3-cü əldən aldıqları üçün nisbətən yumurtanın maya dəyəri baha başa gəlir. Bizdə isə yumurta maya dəyərinə, hətta ondan aşağı satılır".
A.Vəliyevin bildirdiyinə görə, topuq ətinin maya dəyəri 3,80 - 3,90 manatdır: "Lakin bazarlarda 4,20 manata, 4,50 manata da toyuq əti satılır. Ümumiyyətlə, bizdə quş əti maya dəyərindən yuxarı satılmır.
Mağaza qiymətləri ilə bizim satdığımız mallar arasında 30-40% fərq var. Başqa müsəlman ölkələrində bayramqabağı hər şeyin qiyməti enir, amma bizdə qaldırırlar. Bu, bizim milli mentalitetimizdəndir".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB