Paşinyan "Saakaşvili yolu"nu seçib - KTMT qalmaqalı böyüyür

13:19 30.09.2022 640
Paşinyan "Saakaşvili yolu"nu seçib - KTMT qalmaqalı böyüyür

Son zamanlar Ermənistan-Rusiya münasibətləri xeyli gərginləşib. İrəvanda anti-Rusiya aksiyaları keçirilir, "Surmalu faciəsi"ndə Kreml izləri axtarılır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanı saya salmaması belə Moskva ilə əlaqələndirilir.
Hətta iş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan dünən müttəfiqlərin onlara silah satmaqdan boyun qaçırdığını deməklə Moskvaya söz atır.

Bu gün isə "Jam" saytı gündəmə çevrilmiş bu mövzu ilə bağlı maraqlı və diqqət çəkən bir təhlil yazısı dərc edib.

Müəllif qeyd edir ki, bu yaxınlarda Nikol Paşinyan Moskvanın Ermənistanı "Azərbaycanın hücumları"ndan kifayət qədər qorumadığını əsas gətirərək, Rusiyaya qarşı addımlarını xeyli sürətləndirmək qərarına gəlib.

Nümunə kimi isə o, Ermənistanın silah almağa kifayət qədər pulunun olduğu halda KTMT liderlərinin buna imkan vermədiyi iddiasını göstərib.

"Nə üçün o, KTMT ilə Moskvanı tənqid etməyə başlayıb? Paşinyanın ittiham dolu bu iddiaları Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və keçmiş müdafiə naziri David Tonoyan tərəfindən dərhal təkzib edildi. Hər ikisi təkid edirdi ki, KTMT-yə üzvlük Ermənistanın başqa ölkələrdən silah və sursat almasına heç vaxt mane olmayıb. Robert Köçəryan hətta onun hakimiyyəti dövründə nələrin alındığını konkret misal gətirib. Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvan Çindən bir neçə növ silah alıb. Bu gün isə Ermənistanın Hindistandan silah və sursat almağa hazırlaşdığı xəbəri yayıldı", - müəllif yazıb.

Belə çıxır ki, Nikol Paşinyanın yalan dolu bu açıqlaması ona görə ortaya atılıb ki, o, KTMT-ni tənqid edərək, tamam başqa tapşırıqları rahat şəkildə həll edə bilsin.

Hamı bilir ki, KTMT formal strukturdur. Bu təşkilata üzvlük həmişə daha çox Ermənistan üçün vacib amil sayılıb. Çünki belə olan halda ermənilər Rusiyadan ucuz silah - sursat ala bilirlər.

Elə erməni analitik də bunu yazıb.

"Yeri gəlmişkən, bu həmişə belə olub. Əks halda, son iyirmi ildə öz neft gəlirlərini milyardlarla dollarlıq silah və sursat almağa sərf edən daha zəngin Azərbaycana müqavimət göstərə bilməzdik.

Paşinyanın indiki qəribə addımlarına gəlincə, onun Ermənistanın bu strukturdan çıxması üçün zəmin hazırlaması ilə bağlı şübhələr yaranıb. Bəs baş nazirin bu gedişi bizə hansı təhlükələr gətirə bilər? Bu barədə başqa vaxtı ətraflı yazacağam.

Sadəcə olaraq, Nikol öz qərarını Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin hakimiyyətdə olarkən davrandığı tərzdə ortaya atıb . O “kənarda” müəyyən dairələrə vədlər verib, onları təkbaşına sakitləşdirməyə çalışıb...

Amma Gürcüstandan fərqli olaraq, bu addım bizə qat-qat baha başa gələcək. Bu proseslərin ağır nəticələrini qiymətləndirmək belə çətin olacaq! Onun niyə belə bir qərar verdiyi artıq hər kəsə bəllidir", - nəşr yazıb.
AzVision.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:47

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi