MTN GENERALLLARI MƏHKƏMƏDƏ İSTİNTAQI ƏLƏ SALDILAR - "Bu ittiham aktı bədii əsərə bənzəyir"

11:45 13.10.2021 1 557
MTN GENERALLLARI MƏHKƏMƏDƏ İSTİNTAQI ƏLƏ SALDILAR - "Bu ittiham aktı bədii əsərə bənzəyir"

Xəbər verildiyi kimi ötən gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin və onunla birlikdə ittiham olunanların işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə qapalı keçirilir, çünki Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və işə baxan hakim Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə zalına buraxılmamasına göstəriş verib. (M.Şıxəliyevlə birlikdə ötən ilin dekabrında həbs edilmiş digər MTN generalı, nazirliyin Hərbi Əks Kəşfiyyat İdarəsinin rəisi olmuş Nizami Şirinovun məhkəməsi isə açıq keçirilir,-red.)

M.Şıxəliyevlə birlikdə müttəhimlər kürsüsündə onun idarəsində şöbə rəisi olmuş Vüsal Ələkbərov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov, idarənin rəis müavini Yasin Məmmədov dayanıblar. Lakin onlardan təkcə M.Şıxəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Şıxəliyev və digərləri sahibkarlardan, bankirlərdən və digər imkanlı şəxslərdən hədə-qorxu, təhdid, şantaj, işgəncə, qanunsuz azadlıqdan məhrum etmə yolu ilə milyonlarla dollar ələ keçirməkdə ittiham olunurlar. KİV-lərdə Şıxəliyevin bu pulları necə aldığına dair çoxsaylı təfərrüatlı epizodlar, şahid ifadələri yer alır.

Jurnalistlər zala buraxılmasa da Azadlıq Radiosunun prosesdə iştirak edənlərdən əldə etdiyi məlumata görə, keçmiş MTN-çilərin işində zərərçəkmiş qismində tanınan 32 nəfərin bir çoxu həmin üç nəfərin də həbsini tələb edib. Onlar bu barədə vəsatətlər qaldırıbl

"Həbs olunsunlar, onların azadlıqda qalması bizi qıcıqlandırır. Bizim pullarımızı qaytarsınlar...", – zərərçəkmiş Qulam Bağırov belə deyib.

Başqa bir zərərçəkən Əfsər Həsənəliyev təqsirləndirilən Yasin Məmmədovun da həbsini tələb edib. Həmçinin, işin daha ətraflı araşdırılması, əlavə adamların da cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluğa qaytarılmasını istəyib.

Zərərçəkənlər vaxtilə MTN-də onlardan hədə-qorxu ilə külli miqdarda pul alındığını bildirərək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddialar qaldırıblar. Məhkəmədə bu məsələ ilə əlaqədar fikir ayrılığı yaranıb. Hakim deyib ki, mülki iddiaların qaldırılması üçün rüsum ödənilməlidir. Zərərçəkənlərdən Nizami Kazımovun nümayəndəsi, vəkil Elçin Sadıqov isə etiraz edib. Vəkilin sözlərinə görə, bu, mülki qaydada məhkəmə prosesinin başlanmasına səbəb olan adi iddia deyil. Qanun da bunu fərqləndirir və cinayət nəticəsində dəymiş zərərin ödənilməsi tələbi ilə qaldırılan mülki iddia üçün rüsum ödənişi nəzərdə tutulmayıb.

"Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də yenidən pul ödəyim... Özümü təhqir olunmuş hiss eləyirəm. Mənim iddiam cinayət nəticəsində mənə vurulmuş ziyanla bağlıdır. Mütəşəkkil cinayətkar dəstə məni girov götürüb, balalarımı gözüyaşlı qoyub, məndən zorla pul alıb, haqqımı yeyiblər. Buna görə gedib rüsum ödəməyi özümə sıxışdırmıram", – zərərçəkənlərdən prokurorluq işçisi olmuş Zaur Əliyev bildirib.

Təqsirləndirilən şəxslər özlərini günahkar saymadıqlarını vurğulayaraq mülki iddiaların icraata götürülməsinə etiraz ediblər. M.Şıxəliyevin vəkili onun “xidmətlərini, ali rütbə daşımasını” nəzərə alaraq məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq zalda oturdulmasını istəyib, habelə onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Hakim isə bu istəklərin heç birini qəbul etməyib.

M.Şıxəliyevin pul yığanlarından olan Sahib Ələkbərov isə belə deyib: "Mən istintaqa çağırılanda xaricdə idim. Amma qorxmamışam, gəlmişəm. Azərbaycanın hətta həbsxana divarları da mənə doğmadır. Xahiş edirəm, mənim xidmətlərim nəzərə alınsın. Təkcə özümü demirəm, Mövlam Şıxəliyevin də həbsdən buraxılmasını xahiş edirəm".

Onun bu cür çıxışı zərərçəkənləri qəzəbləndirib, zalda səs-küy yaranıb.

"Mənim xidmətimin milyonda biri bunlarda olmayıb. Nəhayət, İlham Əliyevin dəmir yumruğu bunların başına dəydi. Mən bunların ucbatından evsiz-eşiksizəm. Bunların bizim ailənin başına gətirdiklərinə görə yoldaşımın başı xarab oldu, qalıb ortalıqda. Üç uşağımın evi banklarda batdı, qalmışıq kirayələrdə...", – onlardan biri deyib.

Hakim Elbəy Allahverdiyev zərərçəkmişə fikrini davam etdirməyə imkan verməyib. Deyib ki, aidiyyəti olmayan məsələlərdən danışır.

M.Şıxəliyev isə heç kimdən pul almadığını iddia edib (cinayət işinin materiallarına əsasən onun hədə-qorxu, təhdid, şantaj yolu ilə zərərçəkənlərdən aldığı məbləğ 15 milyon dollardan çoxdur,-red.), üstəlik ittiham aktını “bədii əsərə” bənzədib.

"Bu ittiham aktı fərziyyələrlə tərtib olunmuş bədii əsərə bənzəyir. Vüsal Ələkbərovun ittiham aktına mənim adımı əlavə edib yeni ittiham aktı hazırlayıblar. Burada oturanların biri də deyə bilməz ki, mənə pul verib",-o bildirib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin edilib.


Qeyd: General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdirlər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir