İtalyan senatordan Xocalı bəyanatı: "Onların yeganə günahı azərbaycanlı olmaları idi"

12:44 25.02.2017 901
İtalyan senatordan Xocalı bəyanatı: "Onların yeganə günahı azərbaycanlı olmaları idi"
İtalyan senatorlar Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatlar səsləndiriblər.

Milli.Az xəbər verir ki, Trend-in İtaliya parlamentinə istinadən verdiyi məlumata görə, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina (Şimal Liqası Partiyası), habelə senatorlar Mariya Rizzotti ("İrəli, İtaliya!" Partiyası) və Hans Berqer ("Muxtariyyət Naminə" siyasi fraksiyası) Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Senatın plenar iclasında çıxış edərək, burada mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər, insan itkiləri və qurbanların başına gətirilmiş ağır işgəncələrdən bəhs etmiş, habelə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat vermiş, soyqırımı törətmiş Ermənistan, bu gün ona rəhbərlik edən və birbaşa Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb etmiş, İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa, gələcəkdə bu cür bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq məqsədilə, soyqırımı tanımağa dəvət etmişlər.

Senator S.Divina çıxışında deyib:

"Bu il 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəvi soyqırımın 25-ci ildönümüdür. Faciə ilə bağlı həqiqətlər aşağıdakılardır: erməni tərəfi bu əməliyyatı hərbi əməliyyat kimi qələmə verməyə çalışır, lakin bu zaman 600 nəfərdən çox mülki şəxs, o cümlədən 100-dən çox qadın, 150-dən çox uşaq və qoca qətlə yetirilmişdir, müharibə mülki əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı aparılmır.
Faciədən məlumatlı olmayanlar üçün bu, qızğın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi kimi başa düşülür. BMT TŞ-nin münaqişəyə dair 4 qətnaməsi Azərbaycanın bu ərazilər üzərindəki suverenliyini tanıyır, ötən 25 ildə burada etnik təmizləmə həyata keçirilmişdir: 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarında yaşamaqdan məhrum edilmiş, bu ərazilərdən zorla qovulmuş və elə bu səbəbdən də, ölkənin müxtəlif yerlərində məcburi köçkün kimi yaşamağa məcbur olmuşlar.
Qafqaz bizim üçün nisbətən uzaq regiondur, buna görə də Avropa mətbuatı buraya az diqqət ayırır; buradakı vəziyyətlə bağlı düzgün informasiya təmin etmir və kimlərinsə maraqları naminə təbliğat aparır.
Biz həmin bölgədəki vəziyyət və baş vermiş faciə ilə bağlı həqiqətlərdən danışmaq istəyirik və parlament bunu edə biləcəyimiz az yerlərdən biridir. Bənzər faciələrin baş verdiyi digər yerlərdə, məsələn, Yuqoslaviyada baş vermiş faciəvi Srebrenitsa qətliamı barədə hamımız məlumatlıyıq, burada insan haqlarının pozulması hallarının araşdırılması və cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı beynəlxalq komissiya yaradılmışdı.

Belə ki, biz 25 il öncə Dağlıq Qarabağın Xocalı şəhərində baş verənlər barədə həqiqətləri anlamaq imkanına nail olduq. Tədqiqat komissiyasının qurulmasının tərəfdarıyam, lakin bu, hərbi komissiya olmamalıdır, çünki cinayət mülki əhaliyə qarşı törədilmişdir".

Senator Mariya Rizzotti çıxışında bildirib:

"Bu həftə 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun kiçik şəhəri olan Xocalıda baş vermis faciənin 25-ci ildömünü yad edirik. Erməni qoşunları tərəfindən mühasirəyə alınan mülki azərbaycanlılar etnik mənsubiyyətlərinə görə kütləvi qətliama məruz qalmışdırlar. Onların yeganə günahı azərbaycanlı olmaları idi. Nəticə inanılmaz dərəcədə faciəvi olmuşdur: 613 nəfər qətl edilmişdir ki, bunun 106-sı qadın, 63 uşaq və 70-i yaşlı idi, bəzi insanlar xüsusi amansızlıqla öldürülmüş, ailələr tamamilə məhv edilmiş, uşaqlar valideynlərini itirmişdirlər. Faciə nəticəsində, 487 nəfər əlil qalmış və qadın və uşaqlar da daxil olmaqla, 1.275 nəfər əsir götürülmüş, əsirlikdə olduğu zaman işgəncə və fiziki zorakılığa məruz qalmışdır (150 əsir itkin düşmüşdür).
Romanın sakit mühitində yaşayaraq, Xocalı qurbanlarına qarşı törədilmiş vəhşilikləri və keçirdikləri mənəvi sarsıntıları anlamaq çətindir. Bugün Xocalı soyqırımının canlı şahidlərinin acı xatirələri vardır. Bu yaxınlarda soyqırım zamanı 20 yaşı olan bir qurbanın ermənilərin şəhərə hücuma başladıqdan sonra yaşadıqlarını əks etdirən acı xatirələrini oxumaq imkanım oldu.
Şaxtalı havada meşəyə tərəf qaçaraq canını qurtarmağa çalışdı; lakin onu tutdular, təcavüz etdilər və uşaqların, qocaların, hamilə qadınların (siyahını uzatmaq olar) öldürülməsinin şahidi oldu. Əsirlikdən azad edildikdən sonra Dürdanə Ağayeva adlı qadının reabilitasiya və cəmiyyətə yenidən inteqrasiyası üçün 20 il keçdi. Həyatının 20 ilini itirdi. Bu insanın ağrılarını, dünyanın buna səssiz qalması və heç kimin məsuliyyətə cəlb edilməməsi qarşısında keçirdiyi hissləri duymaq üçün bir qadın kimi mən özümü onun yerinə qoyuram və hamınızı bunu etməyə çağırıram.
Soruşuram: məgər soyqırımların birinci və ya ikinci dərəcəliləri vardır?
Əlbəttə, Tito qoşunları tərəfindən etnik təmizləmə məqsədilə italyanlara qarşı törədilmiş vəhşiliklərin rəsmi olaraq tanınması üçün 70 il tələb olundu. Xocalı soyqırımının tanınması üçün hələ nə qədər vaxt tələb olunur?
İyirmi ildir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla Azərbaycan ərazilərinin 20%-i işğal altındadır. Təcavüz nəticəsində 20 min Azərbaycan vətəndaşı həlak olmuş, bir milyon qaçqın və məcburi köçkün Azərbaycanda məskunlaşmışdır (xatırladıram ki, ölkənin əhalisi cəmi 10 milyondur). Ermənistan qoşunlarının Azərbaycan ərazisindən geri çəkilməsini və qaçqınların öz yurdlarına qayıtmasını tələb edən BMT TŞ-nin 822, 853, 874 və 884 saylı 4 qətnaməsi vardır. Bundan əlavə, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və NATO kimi beynəlxalq təşkilatların münaqişə ilə bağlı bu tipli çox saylı sənədləri mövcuddur. Bəs biz hələ nəyi gözləyirik?
Bu məqsədlə, İtaliya Senatı və hökumətini Xocalı Soyqırımını tanımağa, bu gün Ermənistanın siyasi və hərbi rəhbərliyini təşkil edən soyqırımı törədən şəxsləri ittiham etməyə və soyqırım qurbanlarına mənəvi dəstək olmaq üçün Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırıram. Həmçinin təklif edirəm ki, 26 fevral hər il Senatda Xocalı soyqırımının anım günü kimi qeyd edilsin".

Senator H.Berqer isə çıxışında bunları bildirib:

"Əslində bu çıxışımı 26 fevralda Xocalı soyqırımının 25-ci ildönümü günü etmək istərdim. Bildirmək istəyirəm ki, gələcəkdə bu kimi faciələrin qarşısının alınması məqsədilə, İtaliya ictimaiyyətinin bu faciə haqqında məlumatlandırılması və Senatın faciəyə düzgün qiymət verməsi olduqca əhəmiyyətlidir. Təəssüf ki, tarixin qaranlıq səhifələrində itib-batmış və ictimaiyyətin diqqətindən kənar qalmış bu kimi vəhşiliyi ilə seçilən faciəvi hadisələr mövcuddur. Bunlardan biri də Azərbaycanda baş vermiş Xocalı soyqırımıdır.
1992-ci il 25 fevralı 26-sına bağlayan gecə, yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın Xocalı şəhərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən şiddətli və faciəvi hadisəsi baş vermişdir. 26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri şəhərə hücuma keçdilər. Məqsədləri soyqırım törətmək və şəhər əhalisini məhv etmək idi; azərbaycanlı mülki şəxslərin məhvinə və qovulmasına yönəlmiş həqiqi soyqırım. Kişi, qadın və uşaq meyitlərin üzərində işgəncələr edilmişdir. Xocalı talan eildi və daha sonra yerlə bir edildi. Rəsmi rəqəmlərə əsasən qətliam zamanı 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş və 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir.
Mən özümü hamımızı bu soyqırımı unutmamağa çağırmağa borclu hesab edirəm. Ermənistanı Xocalı soyqırımı ilə bağlı tutduğu inkar etmə mövqeyindən və Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətdən əl çəkməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətə müraciət edirəm. Bu, insan hüquqlarının təmini və regionda sülhə nail olmaq məsuliyyətimizdən irəli gələn bir addımdır".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi