Xətai rayonu 265 nömrəli tam orta məktəbi: Biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur...

22:42 31.10.2018 3 229
Xətai rayonu 265 nömrəli tam orta məktəbi: Biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur...

Təhsil elə bir sahədir ki, hər bir ailəyə aidiyyatı var. Bəlkə elə buna görədir ki, elə ən çox tənqid olunan sahə də təhsildir. Çünki təhsil hər an gözümüzün önündədir.
Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.

İLK MÜSAHİBİM...

(Xətaidə yaşayan bir tanış valideyinin dedikləri)

“Mənə görə, indi məktəb seçimi ən çətin məsələlərdəndir. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Xətaidə bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Ancaq mən seçimimi etmişəm. Övladlarım 265 saylı tam orta məktəbə təhsil alırlar. Tam əminliklə deyə bilərəm ki, orada təhsilin keyfiyyətindən tutmuş, tədris, təlim-tərbiyə, müəllimlərin ciddi tələbkarlığı, onların şagirdlərə yanaşmasına qədər hər şey yüksək səviyyədədir. Şəxsən bu göstəricilər məni qane edir. İndi valideynlərin ən çox şıkayətləndiyi məsələ uşaqların məcburən dərs oxumasıdır. Bu məktəbdə isə təhsil alan şagirdlərə bunun üçün heç bir məcburi üsul tətbiq edilmir. Məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün dost-tanışların fikirlərinə rəğmən onu deyə bilərəm ki, mən uşaqlarımın təhsil aldığı yerdən çox məmnunam. Bu məsələdə 265 saylı məktəbin direktoru Yeganə Qurbanovanın böyük əməyi var. Buna görə Yeganə müəlliməyə ancaq və ancaq təşəkkür edirəm. Orada əsl təhsil ab-havası var. Və övladlarının təhsilindən narazı olan dostlara Bakı şəhər, Xətai rayonu 265 saylı tam orta məktəbi tövsiyə edirəm”.

Xətai rayonu 265 nömrəli tam orta məktəbi: Biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur...
İLK TANIŞLIQ...

Xətai rayonunda qabaqcıl və nümunəvi təhsil ocaqları çoxdur. Sevindirici haldır ki, onların sırasında 265 saylı tam orta məktəb birincilərdən sayılır. Bu ümumtəhsil müəssisəsi sözün həqiqi mənasında Bakıda uğurları ilə öyünən təhsil ocaqlarındandır. Burada təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz şagirdlərindən əsirgəmirlər.

Məktəb çox səliqəlidir. Sinif otaqları təzə parta, stol və stullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə milli qəhrəmanlarımızın portretləri, "20 Yanvar", Xocalı faciəsi ilə bağlı fotolar asılıb. Yeni dərs ili ilə əlaqədar həmin məktəbdə olduq. Bir jurnalist kimi həmin məktəbin qayğıları, sosial problemləri ilə maraqlandıq. Artıq şagirdlərin yeni dərs ili başlayıb. Bir qrup valideynin dediyinə görə, Yeganə müəllimə nə qədər mehriban, səmimi görunsə də, bir o qədər də ciddidir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, olduqca tələbkardır. Ona görə də məktəbdə nizam-intizam yüksəkdir.

Ömrünü şam kimi əridən təcrübəli pedaqoq Yeganə Qurbanovanı tanıyırsınızmı...

QISA TƏRCÜMEYİ-HAL: M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. Artıq uzun müddətdir ki, pedaqoji təcrübəsi olan Yeganə Qurbanova müəllim olmasından peşman deyil. O, belə deyir: "Müəllimlik elə gözəl bir peşədir ki, bu peşəni seçən insan hökmən müəllim doğulmalıdır. Bu Allah tərəfindən insana verilən bir fitri istedaddır. Diplom heç vaxt insanı müəllim etmir".


O, bizi təhsil ocağı ilə tanış edərək dedi: "Məktəbimizdə adətən şagirdlərin davamiyyəti yüksəkdir. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlər daha çoxdur. Hər il olduğu kimi, bu il də məzunlarımız yüksək balla ali təhsil ocaqlarına qəbul olunub. Məktəbimiz ali məktəblərə qəbulolunma göstəricilərinə görə ön sıralardadır. Qazandıgımız bu yüksək nəticə müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib. Onu da qeyd edim ki, bu il qəbul fəaliyyətimiz yüksək olub. Məzunlarımız Azərbaycanın və dünyanın bir cox ali təhsil müəssisələrinə qəbul olublar. Sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən 2018-2019-cu tədris ili təhsildə "Keyfiyyət ili" elan edilib. Biz də bu il fəaliyyətimizi daha da genişləndirməyi, daha böyük ugurlara imza atmagı qarşımıza məqsəd qoymuşuq".

Xətai rayonu 265 nömrəli tam orta məktəbi: Biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur...
Öyrənirik ki, Xətai rayonu 265 nömrəli məktəb 1983-cü ildən fəaliyyət göstərir. Məktəb Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olan məzun MirYusif Yusifovun adını daşıyır. Bina üç mərtəbəlidir və 1200 yerlikdir. Məktəbdə 99 nəfər müəllim çalışır. Onlardan 96 nəfər ali, 8 nəfər orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 53 sinfində 1310 şagird təhsil alır. Məktəb 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində "ilin məktəbi" adına layiq görülmüşdür. Məktəb Dövlət başçısının sərəncamı ilə təsdiq edilən " 2014-2016 cı il Bakı və ətraf qəsəbələrin sosial inkişafı" Proqramına uyğun olaraq əsaslı təmir edilmişdir. 5 sentyabr 2016-cı il tarixində ölkə prezidenti Cənab İlham Əliyev məktəbdə olmuş, əsaslı təmirdən sonra görülən işlər və yaradılan şəraitlə yaxından tanış olmuşdur. Təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəbdə mütəmadi olaraq açıq dərslər, dəyirmi masalar və görüşlər keçirilir. Məktəb "Yeni təlim metodlarının tətbiqi" problemi üzərində işləyir. Milli kurikulumla əlaqədar məktəb müəllimlərinin bir hissəsi treninqlərdən keçirilmiş, "Milli kurikulum", "Kurikulumu öyrənirik" guşələri yaradılmışdır. Məktəbin pedaqoji kollektivi ümummilli liderimiz H.Əliyevin gənc nəslin tərbiyəsi ilə bağlı ənənələrinə hər zaman sadiq qalır və şagirdlərin elmə marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılmasında əllərindən gələni əsirgəmirlər.

Bəli, ömrünü balalarımızın işıqlı sabahı yolunda şam kimi əridən təcrübəli pedaqoq Yeganə Qurbanova xərclədiyi bu illərdə təkcə müəllim kollektivinin deyil, eyni zamanda şagirdlərə ana şəfqəti, səmimiyyəti, əsl müəllim qayğısı göstərdiyinə görə onların əzizinə, doğmasına çevrilmişdir. Onun gərgin fəaliyyəti geniş və ürəkaçandır. Direktoru oldugu məktəbin inkişafındakı böyük irəliləyişlərdən söz düşəndə Yeganə müəllimə deyir: “Bu, hələ harasıdır. Yeni dərs ilində qarşıda böyük layihələr və inkişaf tendensiyaları durur. Hazırda məktəbimizdə "Yaşıl şəbəkə", "Saglam təhsil- saglam millət", "Alqoritmika", "Elektron sınaq qiymətləndirmə" və "Təhsil müəssisələrində şagirdlərin cinsi tərbiyəsi" lahiyələri ugurla həyata kecirilir. Məqsədimiz 265 saylı orta məktəbi rayon üzrə birincilər sırasına çıxarmaqdır” deyən müəllimlərin pedaqoji təcrübəsindən məmnun qalıram.

YAZIYA KİCİK SÖZARDI:

Yol boyu ikirləşirəm ki, 45 dəqiqə ərzində şagirdlərə biliyi, informasiyaları çatdıra bilmək əsl fədakarlıqdır. Azərbaycan dilinin incəliklərinə vararaq onları şagirdlərə təqdim etməsi mənə vaxtilə Heydər Əliyevin ana dilimizlə bağlı dediyi fikirləri xatırlatdı: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Düşünürəm ki, biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur. Belə müəllimlər çoxaldıqca təhsilin səviyyəsi zaman-zaman yeni inkişafa qədəm qoyur. Bu yerdə türk dünyasının görkəmli filosofu Əbu Turxanın da fikirlərinə istinad etməyə bilmirəm: “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar”. Bu fikirləri ən çox təhsil sahəsində çalışan bilikli, təcrübəli müəllimlərə aid etmək daha doğru olar. Çünki müəllim cəmiyyətin sütunudur. O, nə qədər bacarıqlı, istedadlı, peşəsinə sədaqətli olsa gələcəyimizdən arxayın ola bilərik. Bütün bunların bariz nümunəsi təcrübəli pedaqoq Yeganə Qurbanovanın direktoru olduğu 265 saylı orta məktəbin timsalında gördüm. Bu fikirləri ifadə etməkdə məqsədim budur ki, qoy təhsil sahəsində çalışanların hər biri Bakı şəhəri, Xətai rayon 265 saylı tam orta məktəbin uğurlarından xəbərdar olsun. Mən də məktəbin bütün kollektivinə, müəllim kontingentinə cansağlığı və uğurlar arzulayıram!

Gurşad,
Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir