gundem / resmi / region / dunya
23:39
22.07.2018
2 467
Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.
Azerinform Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
"Müasir silah idxal edilib. Rusiya ordusunun silahlanmasında belə bir şeyin olmaması istisna deyil", - deyə nazir bildirib.
Tonoyan həmçinin qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Lakin o, lazım gələrsə, bəzi müqavilələrin müddəalarına yenidən baxılmasını da istisna etməyib.
2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb.