Bu gün Lənkəranda avtomobil qadın piyadanı vurub.
Azerinform xəbər verir ki, hadisə rayonun Şağlaser kəndində baş verib.
Rayonun Şağlaser kəndi sakini Mirsalam Valeh oğlu Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Masallı rayon sakini, 60 yaşlı Gülqədəm Rüstəm qızı Fətullayevanı vuraraq öldürüb. G. Fətullayevanın meyiti müayinə olunmaq üçün təcili yardım maşını ilə aidiyyəti üzrə təhvil verilib.
G. Fətullayeva Şağlaser kəndinə bal satmaq üçün gəlirmiş. M. Hüseynovun isə bir neçə gün sonra toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.