Paytaxtdan Banqkoka uçan sanitar təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
azerinform.az bu barədə “Rosbalt”a istinadən xəbər verir.
Məlumata görə, təyyarə hind aviasiyasına məxsusdur və naməlum səbəblərdən Taylanddan Banqkoka uçarkən havada alışıb.
Göyərtədə beş nəfər olub, təyyarənin pilotu ölüb. Bundan başqa, iki həkim ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha iki nəfər yüngül xəsarət alıb.
Hindistanın XİN rəhbəri Suşma Svarc “Twitter” hesabında ölənin ailəsinə başsağlığı verib.