ABŞ-ın Mərkəzi Qüvvələr (CENTCOM) Komandanı, general Jozef Votel Suriyaya səfər edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər ictimaiyyətdən gizli təşkil olunub.
Demokratik Suriya Ordusunun sözçüsü Talal Sülo faktı təsdiqləyib. O, səfər zamanı ABŞ-dan olan generalın Demokratik Suriya Ordusu rəhbərləri il görüşdüyünü bildirib: “Görüş zamanı Jozef Votel Demokratik Suriya Ordusunun ağır silahlarla təmin olunacağına söz verib”.