Elnur Həsənov: "Müstəqilliyinin daimiliyini təmin edən Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq tarixi Zəfəri şərtləndirən bütün amillərin mövcudluğunu təmin etdi"

03:15 29.05.2023 597

“Bu gün müasir müstəqil, qalib Azərbaycanın dünyaya səs salan inkişaf modelindən, davamlı uğurlarından bəhs edirik. Hər bir uğurun əsasında qətiyyət, böyük səylər, ən əsası düzgün qurulan siyasətin nəticəsi olaraq yaradılan möhkəm təməl dayanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Bu mühüm addım çoxəsrlik tariximizin ən parlaq səhifələri kimi dəyərləndirilən, bugünkü inkişafa əsas yaradan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərinin geniş təhlilində, indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz bu baxımdan ulu öndər Heydər Əliyevin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir.”

Bu fikirləri Azerinform.az-a Şəki Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Elnur Həsənov bildirib.

Polis polkovniki Elnur Həsənov diqqəti ulu öndər Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqində yer alan “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikirlərinə yönəldərək qeyd edib ki, artıq iki ildən çoxdur qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır: “Bu, Ermənistana və ona havadarlıq edən dövlətlərə belə bir mesajdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Dövlət başçısı İlham Əliyevin şanlı Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri ilk olaraq bu ərazilərdə Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.”

“Bugünkü uğurlarımız belə bir qənaəti böyük əminliklə qeyd etməyə əsas verir ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Ulu öndər Heydər Əliyev bu reallığı əsaslı şəkildə diqqətə çatdırmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Hazırda Azərbaycan ulu öndər Heydər Əliyevin arzuladığı zirvələri fəth edir. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider onun daimiliyini təmin etmək üçün azərbaycançılıq ideologiyasının formalaşdırılmasına, harada yaşamasından asılı olmayaraq bütün dünya azəbaycanlılarının bir ideya ətrafında sıx birliyinə çağırış etdi”,- deyə polis polkovniki vurğulayıb.

Elnur Həsənov ulu öndər Heydər Əliyevin fikirlərinə istinadən bildirib ki, müstəqilliyi elan etmək hər bir xalq, ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz, sarsılmaz etmək bundan da böyük vəzifədir, xoşbəxtlikdir.

“Azərbaycan xalqına, dövlətinə bu xoşbəxtlik nəsib oldu. Müstəqilliyinin daimiliyini təmin edən Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq tarixi Zəfəri şərtləndirən bütün amillərin mövcudluğunu təmin etdi. İqtisadi və siyasi müstəqilliyin yaradılması davamlı uğurlarımızın əsasıdır. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz təbii sərvətlərinin əsl sahibinə çevrildiyinin, bu resurslardan yalnız indiki deyil, gələcək nəsillər üçün də istifadə ediləcəyinə əminliyin ifadəsi oldu. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Bu isə öz növbəsində müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı. Ümumilikdə Ümummilli Liderin hər bir addımı Azərbaycanın uğurlu gələcəyinə yönəlmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcək. Müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzi, göstəricisidir” ,- deyə polis polkovniki Elnur Həsənov qeyd edib.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video