Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”

14:52 21.09.2022 1 025
Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”

Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi. “Məhdudiyyətlər qüvvəyə minəndən bəri Qazaxıstan ixracatçıları buğda ixracat kvotalarının 83 %-ni və buğda unu ixracat kvotalarının 66 %-ni istifadə ediblər”, - FAS USDA hesabatında deyilir.

Nazirlik bildirir ki, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 %-i biçilib. Orta məhsuldarlıq keçən illə müqayisədə 30 % çoxdur. Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb olub.

Avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib. Xatırladaq ki, Qazaxıstan Azərbaycana buğda idxal edən ölkələr sırasında ikinci yerdədir. Son dövrlərdə ərzaq buğdası ilə bağlı dünya bazarlarında problem yaranmışdı. Əsas taxıl ixracatçılarından olan Rusiya hökuməti cari ilin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına qadağa qoymuşdu.

Eyni zamanda, Qazaxıstan da ixraca məhdudiyyət tətbiq etmişdi. Digər ixracatçı ölkə olan Ukraynanın isə ixrac imkanları məhdud olduğundan ərzaq buğdası anbarlarda qalmışdı. Son günlər isə bu istiqamətdə atılan addımlar nəticəsində Ukraynadan ixrac imkanları yarandı.

Ümumilikdə isə ixracın məhdud olması dünya bazarlarında ərzaq buğdasının qiymətinin artmasına ciddi təsir etmişdi. Hazırda isə ərzaq buğdası ixracı istiqamətində irəliləyişin olması, o cümlədən

Qazaxıstanın məhdudiyyəti aradan qaldırması dünya bazarlarında, o cümlədən ölkəmizdə qiymətlərə təsir edəcəkmi? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Qazaxıstanın bu addımı yaxşı göstəricidir və dünya bazarlarında hansısa ölkənin kvotanı ləğv etməsi ilə “vulkanik panika”nın aradan qaldırılması deməkdir:

“Əslində bu gün tələblə təklif arasında buğda dünyasında elə də ciddi disbalans yoxdur. Sadəcə olaraq Rusiya ilə Ukrayna arasında olan müharibə, yəni birinci ixracatçı ilə birinci yeddiliyə daxil olan ixracatçı arasında belə bir münaqişənin olması dünya bazarlarında buğdanın kəskin bahalaşmasına gətirib çıxarmışdı. Hətta bir çox ölkələr, məsələn, Hindistan daxili tələbatı yüksək olmasına baxmayaraq, cari ilin I rübündə özünü ixracatçı elan etmişdi, ancaq münaqişədən sonra ixracı dərhal dayandırıb ixrac potensialını geri çəkmişdi. Bunlar hamısı dünya bazarlarında panika yaratmışdı və buğda qiymətləri idarəolunmaz səviyyədə yüksəlmişdi. Ancaq bu gün mövcud vəziyyət tənzimlənir, mövsüm gəlir, görürlər ki, tələbat təklifi üstələmir. Bu gün adekvat bazar normallaşır və görürük ki, Qazaxıstan kvotasını götürür”.

Ekspert bildirib ki, bu, Azərbaycan üçün çox əlverişlidir:

“Nəzərə almaq lazımdır ki, üç ölkə Azərbaycana buğda idxalı üçün əlverişli hesab edilir. Bunlar Rusiya, Ukrayna və Qazaxıstandır. Bu gün Qazaxıstandan məhsulun gəlməsi ilə risklərimizi diversifikasiya etmiş oluruq”.

Qiymətlərə gəldikdə isə ekspert deyir ki, qiymət əsasən dünya birjalarınna bağlıdır:

“Ancaq bu artım növbəti mərhələdə buğdanın qiymətinin öz dayanıqlılığında qalması, daha da bahalaşmamasına şərait yarada biləcək bir amildir. Əgər belə olsa, biz də yəqin ki, ucuz məhsul alacağıq. Qiymətlərdə kəskin ucuzlaşma baş verərsə, Azərbaycan hökuməti də çörək məhsullarının ucuzlaşması istiqamətində addım atacaq. Əgər birjalarada ucuzlaşma müşahidə edilərsə, ən azından dövlət nəzarəti baxımından bu strateji məsələni müsbətə doğru həll edəcək”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu