“İntihardan əvvəl qardaşından halallıq istəyib” - Rüstəm Behrudi qardaşı oğlunun ölümündən danışdı

11:32 27.04.2021 2 032
“İntihardan əvvəl qardaşından halallıq istəyib” - Rüstəm Behrudi qardaşı oğlunun ölümündən danışdı

“İsa istedadlı, ağıllı, dərrakəli, həyat dolu, hətta deyərdim bizim tayfanın içərisində ən fərqli uşaq idi. 17 yaşlı uşaq proseslərə 30 yaşlı insan kimi yanaşırdı. O qədər mədəni uşaq idi, hətta nəsə olanda anasından “niyə?” deyə soruşmazdı”.

Bunu Modern.az-a açıqlamasında tanınmış şair Rüstəm Behrudi qardaşı oğlu İsa Alməmmədovun intiharı ilə bağlı danışarkən deyib.

R.Behrudi İsanın öz mənzillərində intihar etdiyini bildirib:

“Qaraçuxurdakı evlərindən çıxıb şəhərdəki evlərinə gedib. Evləri 15-ci mərtəbədə yerləşir. Orda oturub qaranlıq düşməsini gözləyib və saat 12-nin yarısında özünü atıb”.

R.Behrudi İsanın ölümünün intihar olduğunun dəqiqləşdiyini deyib:

“Çünki intihardan əvvəl xaricdəki qardaşına zəng edib. Halallıq istəyib, sonra da deyib ki, “bağışlayın, mən yaxşı qardaş ola bilmədim”. Hamıdan razılıq edib, ata-anasını çox istədiyini deyib. Onun belə danışmağından qardaşı şübhələnib. Bacımın digər oğluna zəng edib ki, “get İsaya baş çək, gör nə edir”. Bir mərtəbə fərqi olub binada, bacım oğlu bir mərtəbə aşağı düşüb gələnə kimi İsa intihar edib. İntihar edəndə qapını da açıq qoyub. Prokurorluq işçiləri də ölümün intihar olduğunu bildirdi. Evin kiçik uşağı idi, özündən böyük iki qardaşı var”.

R.Behrudi sosial şəbəkələrdə İsanın depressiyada olduğuna, imtahandan az bal yığdığına görə intihar etməsilə bağlı yazılanları nağıl adlandırıb:

“Bunu heç kim deyə bilməz. O an o nə düşünüb, niyə edib biz bunu deyə bilmərik. O həyat dolu uşaq idi, depressiya, imtahan nağıldır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:04

İSMAYILLI MEŞƏLƏRİ – TƏBİƏTİN YAŞIL YADDAŞI

12:05

Cəlilabad rayonu Zəhra hospitalının direktoru və laboratoriya müdiri dr.Rəşad İsmayılovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko