"Minabi - Kainat Naxışları" adlı ilk fərdi sərgi keçirilib

16:30 9.02.2017 1 581
"Minabi - Kainat Naxışları" adlı ilk fərdi sərgi keçirilib
Bakıda Milena Nəbiyevanın "Minabi - Kainat Naxışları" adlı ilk fərdi sərgi keçirilib.
Milli.Az bildirir ki, 8-11 fevralda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasında "Minabi - Kainat Naxışları" ilk fərdi sərgi keçirilir və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olunur.
"Minabi - Kainat Naxışları" sərgisi müəllifi əhatə edən şəxsi təəssüratları təmsil edən parlaq palitradır. Bu, nəinki rəsm əsərlərində, eləcə də, mebeldə, qablar üzərindəki bəzək nümunələrində, parçada və aksessuarların yaradılmasında da təzahür edir.
Bu cür müxtəlifliyi rəssamın bölüşmək istədiyi dünyası yaratmışdır. Milena Nəbiyevanın rəsm əsərlərinin fərqli xüsusiyyəti rəsmin yaradılmasına onun qeyri-standart yanaşmasından ibarətdir. Ənənəvi akril və yağlı boyalardan savayı, o, Swarovski daşlarından istifadə edir. Rəssamın söylədiyi kimi, o nəinki rəng baxımından boyalara böyük parlaqlıq vermək istəyir, eləcə də, onların qığılcımlarına büllur zolağın parıltısını da bəxş etmək niyyətindədir. Rəssamın əsərlərində boyaların uzlaşması - həyata qarşı sevginin qələbəsi, günəş rənglərinin parlaq təzahürü olub, müəllifin xarakterinə xasdır.
Milena Nəbiyevanın sənət yolu türk motivlərinə xas olan naxışlara qarşı marağın oyanmasından başlanmışdır. Məhz naxışlar rəssamın yaradıcılığının əsasını təşkil edir. O etiraf edir: "Naxışlar istənilən şəkildə mənim marağıma səbəb olur. Mənim tarixlə çoxdan maraqlanmağım naxışlı rəsmlərin öyrənilməsində də öz əksini tapdı. Xüsusilə də, "tarixin tozu ilə örtülmüş" rəsmlərdən söhbət gedir. Onların məzmununda o dərəcədə mistika, sirlər, dərin məna gizlənmişdir ki". Müəllif təsdiq edir ki, naxışlar bizi hər tərəfdən əhatə edir. Onları yalnız görməyə çalışmaq lazımdır - gölməçədə, yarpağın kölgəsində, şüşədəki əksimizdə...
Təsvirin naxışlı şəbəkəsini tamaşaçının diqqətinə təqdim etməyə çalışan rəssam həddən artıq mürəkkəb olan və diqqət ilə təmkin tələb edən kontur texnikasından tez-tez istifadə edir. Milena üçün bu texnika ilə işləmək gerçəkliyin sərhədlərinin silinərək mənəvi uçuş ab-havasının hökm sürdüyü dünyaya nüfuz etməyə bənzəyir. Əksər hallarda rəssam ilhamını insanlardan alır. İnsanlar ilə ünsiyyət onun şəxsiyyətini zənginləşdirir. Axı Milenanın təsdiq etdiyi kimi, bu cür insanların aurası - insanın mahiyyət etibarilə necə bir şəxsiyyət olmasından asılı olan naxışlardır. Rəssamın sözləri ilə desək: "Mən belə hesab edirəm ki, maraqlı insan ilə hər bir görüş - adi hadisə deyildir. Mən tamamilə əminəm ki, qarşımıza çıxan hər bir kəs Tanrı tərəfindən müəyyən məqsəd ilə göndərilmişdir. Buna görə də bu cür görüşlərə mənasız görüşlər kimi münasibət bəsləmək və ya onları qeyri-ciddi hesab etmək lazım deyildir. Bu ki həyatımıza vurulan naxışlardır".
"Minabi - Kainat Naxışları" fevral günlərində qonaqpərvər İncəsənət Qalereyasına qədəm qoyan qonaqlara hər bir rəsm əsərindən irəli gələn parıltılı rənglər ilə zəngin məkanı hədiyyə edib. Rəssama həyatda öz təsdiqini tapmış rənglərin təbiiliyi xasdır. Axı o etiraf edir ki, tünd tonları sevmir. Hətta monoxromlu qammada o, ən parlaq rəngləri seçib. Buna görə də rəssamın fırçasının məhsulu olan qadın obrazları müxtəlif rənglərə "bələnmişdir". Bütün bunlar ilə yanaşı, bu boyaların vəhdəti zamanı rəssamın istinad etdiyi türk və afrika palitralarına xas olan spektrlərdir.
Sərginin ekspozisiyası elə qurulmuşdur ki, qonaqlar bədii işlərin seçimində təzahür edən ocağın istiliyi və rahatlığı ilə qarşılaşa bilsinlər. Milena Nəbiyevanın sözlərinə görə, "Minabi - Kainat Naxışları" ideyası: "Mənim yaradıcılığımın ani aspektləridir. Müəllif mebeli - evin fərdi tərəfinin yaradılmasının bir hissəsi kimi məişət məkanının rəng və forma vasitəsilə görünməsidir. Rəsm əsərləri və tətbiqi işlər - pazl rolunda ətraf məkan hissinin daha da geniş vüsət alması olub, gündəlik həyata hisslərin və qavrayışın müxtəlifliyini əlavə edir".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO