Moskvanın üzünə ağ olan Ərdoğanın “qardaşı”: Başçı, yoxsa prezident?

12:18 23.08.2017 3 195
Moskvanın üzünə ağ olan Ərdoğanın “qardaşı”: Başçı, yoxsa prezident?
“Türkiyədə Tatarıstana ayrıca ilıq münasibət var. Osmanlı imperiyasının nəsilləri əmindirlər ki, türklər və tatarlar iki qardaş xalq, ümumi mədəniyyətə və demək olar ki, vahid dilə malikdirlər”.
Publika.az xəbər verir ki, bunu Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Türkiyəyə işgüzar səfərini şərh edən Rusyanın “Pravda” nəşri yazıb.
Strateji əməkdaşlıq
Nəşrin yazdığına görə, Rüstəm Minnixanovun özü də tərcüməçisiz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ünsiyyət saxladığını etiraf edib: “Mən tatar dilində, o, türkcə danışır. Biiz bir-birimizi əla anlayırıq”.
Tatarıstanın iqtisadiyyatına qoyulan türk investisiyaları heyrətləndirir. Onların məbləği iki milyard dollar təşkil edir.
“Pravda”nın yazdığına görə, Türkiyə və Tatarıstanın liderlərinin hər il Ankarada görüşməsi xeyirxah bir ənənəyə çevrilib. Görüşlərdə Türkiyə-Tatarstan strateji əməkdaşlığın perspektivləri müzakirə edilir. Tatarıstanın lideri 2015-ci ilin aprelində və 2016-cı ilin dekabrında Ankarada olub. Rusiya nəşri Türkiyə prezidentinin Tatarıstan liderinə müraciəti zamanı “Mənim qardaşım Rüstəm” deməsinə diqqət çəkib.
Bu il də Minnixanov Ankaraya deyil, İzmirə gəlib. Buna görə də iki liderin görüşü Türkiyə prezidentinin Ankarada sıx iş qrafiki ilə əlaqədar baş tutmaya bilər. Amma ilin ikinci yarısı hələ qabaqdadır və iki liderin görüşü payız-qış dövründə keçirilə bilər.
Avqustun 17-də İzmirə gələn Tatarıstan prezidenti növbəti gün beynəlxalq sənaye və istehlak mallarının ticarət sərgi-yarmarkasında çıxış etdi. Rüstəm Minnixanov Moskva və Ankaranın münasibətlərində Tatarstanın xüsusi rolundan danışdı: “Respublikamız həmişə Rusiya və Türkiyə arasında effektiv bağlayıcı vasitə kimi çıxış etməyə çalışır”.
O bildirib ki, 2017-ci ilin oktyabrında “Alabuqa” xüsusi iqtisadi zonasının ərazisində ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökümətlərarası komissiyanın növbəti iclası olacaq. Burada Tatarıstanın və Türkiyənin yeni birgə layihələri müzakirə ediləcək.
“Bizdə biznesin inkişafı üçün imkanlar kifayət qədərdir”, - Tatarıstanın başçısı əmindir.
Onun sözlərinə görə, 2016-cı ilin yekunlarına görə, Tatarıstan və Türkiyə arasında ikitərəfli xarici ticarət dövriyəsi 215,5 milyon ABŞ dolları ötüb. Bu böhran öncəsi göstəricidən üç-dörd dəfə azdır: 2012-ci ildə əmtəə dövriyyəsi 900 milyondan çox idi.
Bununla belə, Türkiyə hazırda Tatarıstanda ortaq müəssisələrin miqdarına görə birinci yeri tutur. Onların sayı 280-dən çoxdur. Hazırda Tatarıstanda 10 türk zavodu müvəffəqiyyətlə işləyir. Türkiyə və Tatarıstan arasında müntəzəm aviarabitə var.
Başçı, yoxsa prezident?
Təəssürat yaranır ki, Ankara ilə strateji əməkdaşlıq üzrə birbaşa münasibətlər quran Tatarstanın rəhbərliyi Moskva ilə öz addımlarını uyğunlaşdırmır. 1991-ci ildə SSRİ-nin dağılması anından Kazan özü üçün Rusiya tərkibində dövlət quruluşunun xüsusi statusunu müdafiə edirdi. 11 avqust 2017-ci il federal mərkəz və Tatarıstan Respublikasının arasında səlahiyyətlərin ayrılması haqqında müqavilənin işləmə müddəti başa çatdı. “Pravda” qeyd edir ki, Kreml Rusiyada müstəqillik paradlarının başa çatdığını bildirərək bu sənədin müddətini uzatmaqdan imtina etdi.
Amma bununla belə, respublikanın konstitusiyasının mətnində “Tatarıstan Rusiya Federasiyasına birləşdirilmiş demokratik hüquqi dövlətdir” ifadəsi qalır. Bundan başqa, hazırda Tatarıstan Rusiya Federasiyası tərkibində tək subyektdir ki, onun başçısı prezidenti adlanır. Baxmayaraq ki, federal səviyyədə Rusiya Federasiyasının regionlarının rəhbərlərinin prezident adlandırılmasını qadağan edən qanun qəbul edilib.
“Ancaq Rüstəm Minnixanov qanunun tələbinə tabe olmağa hazır olduğunu göstərmir. Bununla rəsmi Kazan Kremlə mesaj verir ki, respublika Rusiya tərkibində imtiyazlı statusdan imtina etmək istəmir”, - “Pravda” qeyd edib.
Tatarıstan Dövlət Şurasının spikeri Fərid Muhamedşin hesab edir ki, prezident vəzifəsinin “başçı” adı ilə dəyişdirilməsi üçün respublikada referendum keçirilməlidir. Onun sözlərinə görə, Tatarıstanın konstitusiyasının bu məsələ ilə bağlı maddəsi yalnız ümumxalq səsverməsinin nəticəsinə görə dəyişdirilə bilər.
Rusiya prezidenti Vladimir Putin də 2015-ci ilin dekabrında mətbuat konfransında bildirib ki, bu məsələdə Kreml Kazana təzyiq göstərməyəcək.
Amma ekspertlər hesab edirlər ki, Rusiya prezidentinin bu bəyanatı heç də o demək deyil ki, Moskva Kazanı prezident postundan imtina etməyə inandırmaqdan vaz keçəcək. Analitiklər əmindir ki, bu məsələnin həlli zamanın işidir.
Kazan latın əlifbasına keçmək cəhdlərindən imtina etmir
Bir neçə il əvvəl Tatarıstan kiril əlifbasından latın əlifbasına keçməyə hazırlaşırdı. 1999-cu ilin sentyabrında Tatarıstanın Dövlət Şurası kiril əlifbasından latın əlifbasına keçid haqqında qanun qəbul etdi. Keçid 2001-ci ildən başlanmalı idi.Amma Dövlət Duması və Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi bunu etməyi qadağan etdi. Ancaq nə qədər paradoksal olsa da, rəsmi Kazan latın əlifbasına keçmək cəhdlərindən imtina etməyib.
24 dekabr 2012-ci il Tatarıstanın Dövlət Şurası “Tatarıstan Respublikasının dövlət dili kimi tatar dilindən istifadə haqqında” qanunu qəbul edib. “Kiril əlifbasının rəsmi əlifba olaraq qaldığı” bildirilsə də, “Pravda” qeyd edir ki, Dövlət Şurası yenə də latın əlifbasından istifadə üçün yer saxlayır. Dövlət orqanlarının rəsmi cavablarında kiril əlifbasından istifadə olunsa da, həmçinin latın əlifbası ilə kiril mətninin surətinin çıxarılması imkanı nəzərdə tutulub. Bundan başqa, 2013-cü ildən dövlət orqanlarına vətəndaşların müraciəti zamanı latın əlifbasından istifadə etməyə icazə verilir.
Rusiya nəşri bildirir ki, Tatarıstan beləliklə, özünü Rusiya Federasiyası tərkibində suveren dövlət adlandıraraq, necə olursa-olsun, manevr üçün özünə böyük meydan saxladığını anlatmağa çalışır: “Respublikaya başçı deyil, prezident rəhbərlik edir. Kargüzarlıqda kiril əlifba ilə paralel latın əlifbasından istifadə olunur. Türkiyə-Tatarıstan strateji əməkdaşlığı göstərir ki, Kazan Moskva ilə öz hərəkətlərinin ilkin uyğunlaşdırılması mərhələsini keçərək Ankara ilə birbaşa iqtisadi münasibətlərin (və növbəti mərhələdə siyasi münasibətlər) qurulması hüququna malikdir. Yalnız bu suala cavab vermək qalır: belə Tatarıstanın göstərdiyi “istisnalıq” nümunəsi vahid çoxmillətli dövlət kimi Rusiya Federasiyasının bünövrəsini möhkəmləndirirmi?”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:11

Kimlərinsə ucuz ajiotaj yaratmaq EŞQİ - Əslində Saatlı rayon Təhsi Sektorunun müdiri Günay Sultanova KİMDİR...

12:52

İsmayıllı Bələdiyyəsinin sədr Qüdrət Kazımovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi