İftixarla öpüb gözümüzün üstünə qoyduğumuz bayrağımız

13:07 4.11.2022 1 964
İftixarla öpüb gözümüzün üstünə qoyduğumuz bayrağımız

Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən, parçadan hazırlanan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvol və anlamlı rəngləri, ümumiyyətlə dəyişilməzdir.Bu mənada, ötən müddət ərzində Azərbaycan bayrağı dövlətçiliyimizin simvolu kimi müasir beynəlxalq münasibətlər sisteminin üst qurumlarında özünün layiqli yerini tutdu. Bu isə, ona görə baş verdi ki, siyasi hakimiyyətdən tutmuş sadə vətəndaşlara qədər hər kəs bayrağı milli qeyrəti və mənliyi kimi qəbul edir. Elə bu səbəbdən də, Prezident İlham Əliyevin Sərəncamı ilə Bayraq Meydanı inşa edilmişdir. 2009-cu il il sentyabr ayının 1-də Bakıda açılışı olmuş Dövlət Bayrağı Meydanını - topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etdi. Bununla da, dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini və hörmətini gördü.

Noyabrın 9-da Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayrağımız ölkəmizin, dövlətimizin simasıdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız daha əzəmətli görünür. Bu bayraqlar hər bir vətəndaş üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün canlar fəda olunub. Düz iki il əvvəl Azərbaycanın Müzəffər Ordusu, dəyanətli, mərd oğulları əzəli torpaqlarımızda at oynadan erməni faşistlərinə qarşı Vətən müharibəsində qalib gələrək tarix yazmışlar. Onlar bayrağımızı başları üzərində uca tutaraq ölümün gözünə dik baxmılar. Bayrağımız onlara ağır vuruşmalarda güc vermişdir. Buna görə də üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur. Və bu günlər biz Bayraq bayramımızı da Zəfər bayramı kimi təntənə ilə qeyd edirik. Bizim Zəfərimiz isə, tarixi mövqe baxımından da Bayrağımızla yanaşı dayanır.

Ülviyyə Əliyeva,
Ağdam Musiqi Kollecinin direktor müavini.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko