ZİYALILAR PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT ETDİLƏR - Reklam Agentliyinin rəhbərliyi məsuliyyətə cəlb ediləcəkmi?

12:58 16.04.2021 779
ZİYALILAR PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT ETDİLƏR - Reklam Agentliyinin rəhbərliyi məsuliyyətə cəlb ediləcəkmi?

Bu ilin fevral ayında 30-u professor olmaqla, 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.

Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.

Müraciət edən ziyalılar qeyd edib ki, bundan əvvəl sonuncu dəfə fevral ayının 21-də edilən müraciətdən sonra mart ayının 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirib. Lakin monitorinq zamanı aşkarlanan pozuntular aradan qaldırılmayıb.

Müraciətdən sitat: “Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, ”Azərbaycan Respublikasında dövlət dili haqqında" AR Qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər".

Müraciəti Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor Aida Qasımova, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı imzalayıb.

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) müraciətə hər hansı reaksiya verməkdən imtina edib.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, bir müddət bundan əvvəl müraciət edənlərlə birgə komissiya yaradılıb, reydlər keçirilib: “Bizə olunan müraciətlə bağlı görüş keçirilib və Reklam Agentliyinin də daxil olduğu birgə komissiya yaradılıb. Novruz bayramından sonra komissiya müraciət edən ziyalılarla birlikdə Bakının müəyyən küçələrində keçirilən reydlərdə olub. Reydlər zamanı ayrı-ayrı ticarət mərkəzlərinin rəhbərləri ilə söhbətlər də aparılıb”.

Xatırladaq ki, ötən il də xeyli sayda ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə müraciətlər etmişdi.

Ancaq heç bir nəticəsi olmayıb. Bakı küçələrində əcnəbi dillərdə reklam və elanlar nəinki azalıb, əksinə daha da çoxalıb. Bunu hər addımda görmək mümkündür.

Belə görünür ki, Dövlət Reklam Agentliyinin əməkdaşları ya problemi həll etmək gücündə deyillər, ya da bu onlara rüşvət yığmağa imkan verdiyindən Bakı küçələrini əcnəbi dillərin “işğal etməsinə" bilərəkdən göz yumurlər. Belə isə məsələyə artıq hüquq-mühafizə orqanları müdaxilə etməlidir. Dövlət Reklam Agentliyinin rəhbərliyinin də məsuliyyətə cəlb edilməsinin zamanı çatıb...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:09

Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır