Lerik Rayon Mərkəzi Xəstəxanası - Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

14:20 28.01.2020 1 782
Lerik Rayon Mərkəzi Xəstəxanası - Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Son günlərdə Lerik Rayon Mərkəzi Xəstəxanasında baş verən neqativ hallar barədə bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə adı cəkilən saglamlıq ocagında olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.

Qeyd edək ki, Lerik Rayon Mərkəzi Xəstəxanasında faktiki olaraq vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, burada durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Bir az özünə əziyyət verib Lerikə təşrif buyurmaq kifayətdir. Yox, əgər bəzi həmkərlarım buraya gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətl mövqe lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, son vaxtlar Lerik səhiyyəsində vəziyyət çox dəyişib. Nəinki Lerik şəhərinin, eləcə də ətraf qəsəbələrin əhalisi ciddi-cəhdlə gözlədiklərini hazırkı baş həkimi Mübariz Ağayev bir-bir yerinə yetirməkdədir. Bunun üçün yerli əhaliylə söhbətləşmək də kifayətdir ki, səhiyyə sahəsindəki görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
Lerik Rayon Mərkəzi Xəstəxanası - Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...
Bu gün Azərbaycanda səhiyyə sahəsində da inkişaf nəzərə carpmaqdadır. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin son zamanlar bu mühüm sahəyə göstərdikləri ugurlu siyasətin məntiqi nəticəsidir. Lerikdə da səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Tibb müəssisəsinin baş həkimi Mübariz Ağayev bildirir ki, xəstəxana 82,8 min nəfərə tibbi xidmət göstərir.

O qeyd edir ki, 83 mindən çox əhalisi olan rayonda əksər ucqar dağ kəndlərində tibb, yaxud həkim məntəqəsi var: “Son illər Bakıya xəstə axını dayanıb, əvəzinə Lerikdə işləməyə gələn həkimlərin sayı artıb. İldə bir, yaxud iki xəstə paytaxt xəstəxanalarına göndərilə bilər. Telesəhiyyə xidməti yaradılandan sonra rayon həkimlərinin işi asanlaşıb, mütəxəssislərlə onlayn əlaqə yaradılır, müayinə və müalicənin gedişi izlənilir, tövsiyələr verilir”.

Baş həkim əlavə edir ki, Səhiyyə Nazirliyi son illər 10-dan çox həkim göndərib, indi yalnız bir neçə ucqar dağ kəndində müəyyən ixtisaslar üzrə həkimə ehtiyac var.

M.Ağayev əlavə edir ki, 90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir: “Burada əhaliyə Konsultativ poliklinika, Terapiya, Cərrahiyyə, Doğum, Uşaq xəstəlikləri, Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir. Lerik rayonunda 1 mərkəzi, 6 kənd xəstəxanası fəaliyyət göstərir. Lerikdə ümumilikdə 78 həkim işləyir, onların 34-ü isə mərkəzi xəstəxanada çalışır. Xəstəxanada həmçinin 186 nəfər orta tibb işçisi çalışır. Rayonumuzda başqa yerdən işləməyə gələn gənc həkimlərə stimul olaraq maaşdan əlavə kompensasiya və kommunal şəraitini yaxşılaşdırmaq üçün icra hakimiyyəti tərəfindən torpaq sahəsi də verilir”.

Baş həkim bildirib ki, Lerikdə respublika səviyyəsi ilə müqayisədə uşaq ölümü çox aşağıdır: “Son illər rayonda ana ölümü baş verməyib. Nazirliyin göndərdiyi yeni ginekoloqun ayağı uğurlu olub, dünən 3 qadın ana olub. Onlardan biri ucqar dağ kəndindən gəlib, 4 qızdan sonra oğlu olub. Hamilə qadınların rayon mərkəzinə gəlməsinə ehtiyac yoxdur, bizə məlumat verilir, özümüz həkim göndəririk, hamiləliyin gedişatı izlənilir, qadın 9 ay həkimin nəzarətində olur”.
Lerik Rayon Mərkəzi Xəstəxanası - Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...
O, həmçinin vurğulayır ki, iqlim və sağlam qidalanma ilə bağlı olaraq Lerikdə əhalinin əksəriyyəti sağlamdır, amma burda da ürək-damar xəstəlikləri birinci yer tutur: “Bundan başqa, rayon dağlıq ərazi olduğundan xəstəxanaya “zob”la bağlı müraciətlər də üstünlük təşkil edir. Çünki suyun tərkibi yodsuzdur".

Xəstəxanada palataları gəzən zaman xəstələrə verilən geyimlərin bir istifadəlik olduğunu da öyrəndik.

Bəli, bu gün Lerik Rayon Mərkəzi Xəstəxanasının qazandıgı ugurlarda məhz baş həkimi Mübariz Ağayevin əməyi böyükdür. Mübariz həkim elə insanlardandır ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik.

Bəzi KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Lerik Rayon Mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bölgə ictimaiyyəti tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə cənab nazirin təklifi ilə göndərilib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur coxsaylı kollektivə məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Lerik Rayon Mərkəzi Xəstəxanası - Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...
Şər-böhtanla məşğul olan insanlar düşünsünlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri əvvəl-axır faş olunacaq. Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi qəlbiqara adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq baş həkimi nüfuzdan salmağa çalışırlar, amma bu alınmayacaq.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Lerik əhalisini əvəz edə bilməz. Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...


AZERİNFORM.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:08

Qardaşlıq münasibətləri

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib