14 NÖMRƏLİ PEŞƏ MƏKTƏBİNİN DİREKTORU: "Bazarda peşə sahiblərinə ehtiyac var, amma əksəriyyət ali təhsil arxasınca qaçır"

17:49 1.12.2018 2 242
14 NÖMRƏLİ PEŞƏ MƏKTƏBİNİN DİREKTORU: "Bazarda peşə sahiblərinə ehtiyac var, amma əksəriyyət ali təhsil arxasınca qaçır"

"Bazarda peşə sahiblərinə ehtiyac var, amma əksəriyyət ali təhsil arxasınca qaçır"

"9 il öncə saç ustası olmaq üçün 3 aylıq kursa getdim və kursu bitirdikdən sonra müxtəlif gözəllik salonlarında çalışmağa başladım. Usta kimi çalışmaqla özümə 9 il ərzində 2 ev almışam".

Müsahibimiz Cəmilə Heydərovanın sözlərinə görə, saç ustası olmaq üçün kursa 3 il ali məktəbə imtahandan kəsiləndən sonra gedib. Müsahibimiz deyir ki, indi ali məktəbə qəbul olmadığına görə şükr edir: "Ali məktəbə qəbul olsaydım, yəqin diplomlu işsizlərdən biri də mən olardım".


Belə bir məsəl var ki, sənətkar günortaya kimi ac qalar, günortadan sonra çörəyi gələcək. Amma bu gün ölkəmizdə çoxları bu məsəli qulaqardına vurur. Hamı övladının ali təhsil alması üçün əlindən gələni və gəlməyəni etməyə çalışır. Ölkəmizdə peşə məktəblərinin vəziyyəti və peşəyə marağın olmaması səbəblərini öyrənmək üçün həm 14 saylı Bakı Peşə Məktəbinə üz tutduq, həm də mütəxəssislərlə söhbətləşdik.

Haqqında söhbət acmaq istədiyimiz Peşə məktəbinə şagird qəbulu ümumi orta təhsil bazasından təhsil müddəti iki il olmaqla dövlət hesabına, tam orta təhsil bazasından isə təhsil müddəti bir il olmaqla həm dövlət, həm də ödənişli əsaslarla aparılır. Cari tədris ili üçün ümumi orta təhsil bazasından 5 ixtisas – Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru, Elektrik-qaz qaynayçısı, Əl elektrik qaynaqçısı, Təmirçi çilingər və Kompyuter operatoru ixtisaslarına şagird qəbul edilib. Tam orta təhsil bazasından dövlət hesabına Əməliyyatçı mühasib, Elektrik qaz qaynaqçısı, Quru inşaat ustası, ödənişli əsaslarla isə Kompyuter operatoru, Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru ixtisasları üzrə qruplar təşkil olunub. Quru inşaat ustası qrupu Respublika Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində reallaşdırılıb.

Ümumiyyətlə, bu layihə çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tipli komplekslərin yaradılması və digər məsələlər nəzərdə tutulub. Ötən tədris ilində Avtomobillərin təmiri üzrə çilingər, Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru, Mexaniki yığma işləri üzrə çilingər və digər ixtisaslar üzrə peşə məktəbinə qəbul olunanlar bu il təhsillərini davam etdirirlər. Şagirdlər istehsalat təcrübələrini dövlət və özəl müəssisə və təşkilatlarda keçir, bilik və bacarıqlarını artırır, peşə vərdişlərinə yiyələnirlər.

Qeyd edək ki, 14 saylı məktəbin inzibati binasında və digər otaqlarda vəziyyət yaxşıdır. Şagirdlər də sənət öyrənməyə meyllidirlər. Liseyin direktoru Nail Bayramov deyir ki, valideynlərdə və təhsil alan şagirdlərdə belə bir fikir var ki, peşə məktəbi yalnız diplom almaq üçün deyil, sevib secdikləri sənət almaq ücündür. Elektrik-qaz qaynayçısı peşəsini öyrənən qrupda apardığımız kiçicik sorğu da Nail müəllimin dediyi fikirləri təsdiqlədi. Qrupda kimin gələcəkdə qaynaqcı olacagını soruşduq. Səkkiz şagirddən cəmi biri əlini qaldırmadı. Şagirdlər valideynlərinin məsləhəti ilə deyil özləri burada təhsil almaga gəldiklərini bildirdilər.

Amma Kompyuter operatoru reşəsini öyrənən qrupda abı-hava yaxşı idi. Bu qrupda gələcəkdə öz sənətinin arxasınca getmək istəyənlər əksəriyyəti təşkil edirdi. Onlar deyirlər ki, öz istəkləriylə bu sənəti seçiblər və gələcəkdə kamil kampüter ustası olacaqlarına inanırlar.

Məktəbin direktoru Nail Bayramov bizimlə söhbətində bildirdi ki, bütün gəncləri 1-ci sinifdən 11-ci sinfə kimi oxutmaq düzgün deyil: "Sənətə meyli olanları texniki-peşə məktəblərinə yönəltməklə biz həm təhsilin keyfiyyətini qaldıra, həm də gözəl sənətkarlar hazırlaya bilərik. Mən görürəm ki, Təhsil Nazirliyi də bu işə diqqət ayırır".

Nail müəllim düşünür ki, texniki-peşə məktəblərini inkişaf etdirmək üçün yenidən velosiped icad etməyə ehtiyac yoxdur: "7-9-cu siniflərdə oxumağa meyli az olan, daha çox dəcəlliyə meyl edən şagirdləri texniki-peşə məktəblərinə yönəltmək lazımdır. Bu yaxınlarda açıqlama verildi ki, Azərbaycanda orta məktəb şagirdlərinin 60 faizi məktəb proqramını mənimsəmir. Ayıya velosiped sürməyi öyrədirlər, amma Azərbaycan məktəblərində riyaziyyatı öyrədə bilmirlər. Buna görə də oxumaq istəməyən, sənətə meylli şagirdi peşə öyrənməyə yönəldir, adını da qoyuruq texniki-peşə məktəbi".

O qeyd etdi ki, peşə təhsilinə marağı artırmaq üçün ölkədə təbliğat aparmaq lazımdır: "Bizdə bu sahədə maarifləndirmə çox zəifdir. Marağı artırmaq üçün həm də maddi-texniki bazanı gücləndirmək, məktəblərdə ixtisasların sayını artırmaq lazımdır".

Direktor vurguladı ki, peşə məktəblərini inkişaf etdirmək üçün ilk növbədə məktəblərin bazasını möhkəmləndirmək və ali məktəblərə marağı olmayan uşaqları peşəyə yönəltmək lazımdır: "Düzdür, biz orta məktəblərdə təbliğat aparırıq. Amma bu, kifayət deyil. Uşaqların marağını artırmaq üçün bazanı gücləndirməliyik, emalatxanalar daha müasir olmalıdır. Məsələn, bizim qaynaq-çilingər emalatxanasında texnika yeni deyil. Düşünürəm ki, texnika yeni olsa, peşə liseylərinə axın daha çox olar, uşaqlarda maraq oyanar ki, istədiyi peşələri burada öyrənə biləcəklər".

Bir şagirdin təhsil alması üçün il ərzində dövlət tərəfindən nə qədər pul ayrılmasına gəlincə, direktor bildirdi ki, onların məktəbinə pul ayrılmayıb: "Müəllim maaşını, tələbə təqaüdünü kartla alır".

Qeyd edək ki, Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaradır, lazımi vəsait ayırır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır.

Direktorun sözlərinə görə, bizdə ümumiyyətlə, sənət öyrənmə mədəniyyəti formalaşmayıb: "Estoniyada nazirin övladı peşə məktəbində oxuyur. Ümumiyyətlə, sözügedən ölkədə insanlarda belə bir fikir var ki, həyatını qazanmaq üçün hansısa peşəni öyrənməlisən. Təəssüflər olsun ki, bizdə bütün valideynlər istəyir ki, uşaqları ali təhsil alsın. Fikirləşirlər ki, niyə filankəsin oğlu, qızı universitetdə oxusun, onlarınkı peşə öyrənsin? Uşaq bacardı-bacarmadı onu illərlə repetitor yanına yollayıb aşağı balla da olsa ali məktəbə girməsinə nail olurlar. Ancaq başa düşmürlər ki, güclə oxuyan uşaq ali məktəb diplomu ilə də heç bir yerdə işləyə bilməyəcək. Amma hansısa peşəyə yiyələnib zavoda, fabrikdə işini qura bilər".

Nail Bayramov onu da bildirdi ki, olkədə orta məktəbi bitirənlərin 60 faizi əmək bazarına peşəsiz daxil olur: "Baş Məşğulluq İdarəsinin apardığı monitorinqlər bunu göstərir. Belə adamların işlə təmin olunması isə çox çətindir. Ölkəmizdə ixtisaslı fəhlə peşələrinə daha çox ehtiyac var. Bunlar qaynaqçılar, müxtəlif istiqamətli çilingərlər, xidmət sahəsinin işçiləridir. Peşəkarlıq səviyyəsi daha çox olan kadrlar daha tez işlə təmin olunurlar. Elə peşələr var ki onların əməkhaqqı 1500- 2000 manat olur. Ümumiyyətlə, ixtisaslı fəhlə peşələri həmişə tələb olunan peşələrdəndir. Bu cür peşə sahibləri işsiz qalmırlar. Məşğulluq mərkəzlərinə müraciət edən işəgötürənlərin də əsasən ixtisaslı fəhlələrə ehtiyacı olur".

Bəs, peşə liseylərində şagirdlər üçün ayrılan yerlər və ixtisaslar nəyə əsasən müəyyənləşdirilir?

14 saylı Peşə Məktəbinin direktoru Nail Bayramov məktəblərinin yerləşdiyi Qaradağ rayonundakı məşğulluq idarəsi ilə əlaqə saxladıqlarını dedi: "Rayonumuzda yerləşən müəssisələrdə hansı peşəyə tələb olduğunu məşğulluq idarəsindən öyrənirik. Buna münasib olaraq yerləri müəyyənləşdirib Təhsil Nazirliyinə göndəririk. Təhsil Nazirliyi öz növbəsində təqdim etdiyimiz yerləri təsdiqləyir. Rayonumuz sənaye rayonu olduğundan burada təmirçi-çilingər və qaynaqçılara daha çox ehtiyac var. Buna görə də qəbul zamanı təmirçi-çilingər və qaynaq üzrə daha çox şagird qəbul olunur. Şirkətlərlə əlaqə saxlayıb məktəbi uğurla bitirmiş şagirdlərlə işləməyi təklif edirik".

Sonda qeyd edək ki, bu ildən etibarən Təhsil Nazirliyi tərəfindən "Müasir Azərbaycan peşəkarları" layihəsi həyata keçirilir. Layihə çərçivəsində müxtəlif peşə liseylərində "quru inşaat ustası", "elektrik-qaz qaynaqçısı", "bərbər", "dülgər, xarrat-parket ustası", "turizm və xidmət sahəsi" istiqamətində peşəkar kadrların hazırlanması nəzərdə tutulur.

AZERİNFORM.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO