Sumqayıt Şəhər Uşaq Xəstəxanası müasir tibb ocagıdır...

03:03 10.09.2018 2 612
Sumqayıt Şəhər Uşaq Xəstəxanası müasir tibb ocagıdır...

Ölkəmizdə uşaqların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Sumqayıt şəhər Uşaq Xəstəxanası da belə nümunəvi tibb müəsəssidir.Burada göstərilən tibbi xidmət buna bariz nümunədir.

Azərbaycan prezidentinin tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada da yenidənqurma işləri həyata keçirildi, ən müasir tibbi avadanlığı ilə təchiz olundu. Görülən işlərin nəticəsində xəstəxanada dünyanın ən məsum varlıqları olan uşaqların yüksək səviyyədə müayinə və müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xəstəxananın baş həkimi Müşfiq Məmmədli buraya baş həkim təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Xəstəxanada əmək intizamına ciddi əməl olunur.

Bütün bu işlər baş həkimin təşəbbüsü ilə həyata keçirilir. Bunları biz gözlərimizlə görmüşük. Məhz buna görə baş həkimə, rəhbərliyə təşəkkür edənlərin çox şahidi olmuşuq.

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, baş həkim Müşfiq həkimdən, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlər düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər.
Sumqayıt Şəhər Uşaq Xəstəxanası müasir tibb ocagıdır...
Söhbət əsasında öyrəndik ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər korpusu kecən il əsaslı təmirdən sonra istifadəyə verilib. Burada uşaqların müalicə və müayinəsi üçün hər cür şərait yaradılıb.

1956-cı ildə inşa edilən Şəhər Uşaq Xəstəxanası 140 çarpayılıqdır. Xəstəxananın 7 şöbəsində 413 tibb işçisi çalışır. Uşaq xəstəxanasının yoluxucu xəstəliklər korpusu son 30 ildə ilk dəfədir təmir olunub. 55 çarpayılıq korpus ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz edilib. Xəstəxananın əsas korpusunda da cari təmir işləri aparılıb, müasir avadanlıqlar quraşdırılıb. Belə ki, somatik reanimasiya, yeni doğulmuşların patologiyası, pediatriya və cərrahiyyə şöbələri müasir tibb avadanlığı, küvezlər və dərman preparatları ilə təmin olunub.

Əsaslı təmirdən sonra istifadəyə verilən uşaq xəstəxanasının laboratoriya, fizioterapiya, rentgen, ultrasəs müayinəsi, elektrokardioqrafiya və digər müayinə otaqları, həmçinin palatalar müasir standartlara uygundur. Xəstəxanada istilik sistemi, elektrik avadanlıqları yenilənib. Tibb ocağının həyəti abadlaşdırılıb, yollara asfalt döşənib, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

Qeyd etmək yerinə düşər ki, Müşfiq həkim işlədiyi bu illər ərzində Sumqayıtda həm yaxşı həkim, həm də səriştəli rəhbər kimi yüksək nüfuza malikdir. O,yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır. Xəstəxananın kollektivi də Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən baş həkimlərinə güvənir.

Baş həkimi Müşfiq Məmmədl deyir:

– Baş həkimin vəzifəsi məsuliyyətli və çətindir. Burada əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi, müəssisənin fəaliyyətinin təhlili, onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlərin görülməsi, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün atılan addımların müəyyənləşdirilməsi, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlərlə yanaşı, daxili intizam, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsi və s. öhdəliklər durur. Bizim vəzifəmiz insanlara yüksək səviyyədə xidmət göstərmək, onlara şəfa verməkdir.

Azərinform.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO