Aydın Mirzəzadə: "Qalib Liderimizə xalqımızın sevgisi, inamı, etimadı böyükdür."

22:58 21.01.2024 48
“Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabında bildirmişdir ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Qarşımızda yeni vəzifələr dayanır. Məsuliyyətə də, çətinliklərə də hazıram. Belə bir əminlik də ifadə edilmişdir ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.

Cənab İlham Əliyev Azərbaycanın davamlı inkişafı üçün möhkəm təməlin mövcudluğunu xüsusi qeyd etmişdir. Təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. 1993-2003-cü illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl formalaşdı. 2003-cü ildə Ümummilli Lider xalqa tarixi müraciəti ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsasını qoydu. Cənab İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçildikdən sonra qarşıda dayanan vəzifələri açıqlayaraq bu hədəfi də diqqətə çatdırdı ki, bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir.”

Bu fikirləri mətbuata Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O, qeyd edib ki, son 20 ilin reallıqları Heydər Əliyev siyasətinin uğurlu davamının təqdimatıdır: “Cənab İlham Əliyev Prezident seçildiyi gündən xalqa bu vədi verdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq. 20 illik Prezidentlik fəaliyyətinin 17 ili tarixi ədaləti və beynəlxalq hüququ özündə əks etdirən bu hədəfə nail olmaq üçün zəruri olan bütün işlərin görülməsinə həsr edildi. Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətində oldu. İqtisadiyyatın düzgün təməl üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasına stimul oldu. İqtisadi tərəqqi və bunun əsasında geniş maliyyə imkanlarının mövcudluğu hər bir sahədə davamlı addımların atılmasını şərtləndirdi. Ordu quruculuğu sahəsində görülən işlər Qələbəyə hazırlığı təmin etdi. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və sair kimi uğurlarımız Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirməyə hazır olduğunu təsdiqlədi.”

Aydın Mirzəzadə vurğulayıb ki, 20 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır: “Üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfərə imza atdı. Cənab İlham Əliyev bu Zəfərin müəllifi olaraq adını tarixə qalib Lider kimi qızıl hərflərlə yazdırdı. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın hansı gücə malik olduğunu dünyaya nümayiş etdirdi. 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Bu gün qürurla Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanmasından bəhs edirik. Bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, soydaşlarımız mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdırlar. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Laçın və Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə, eyni zamanda, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı nəzərdə tutulub. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə qayıdış 2025-ci il üçün planlaşdırılır.”

Sonda A. Mirzəzadə bildirib ki, suverenliyimizin bərpasından sonra ölkəmizin həyatında yeni dövr başlayıb: “Hər dövrün öz çağırışları vardır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi də bu dövrün yeni hədəflərinin müəyyənləşdirilməsində və icrasında həlledici rola malikdir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevdir. Seçkilərə “Qalib xalqın qalib Lideri” devizi ilə qatılan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını uğurla davam etdirir. Qalib Liderimizə xalqımızın sevgisi, inamı, etimadı böyükdür. Xalqımıza qalibiyyət sevincini yaşadan, torpaq həsrətinə son qoyan, milli qürurumuzu, kimliyimizi özümüzə qaytaran qalib Prezidentimizlə gələcəyə birgə addımlamaq üçün hər birimiz 7 fevral tarixində seçki hüququmuzdan istifadə edərək seçki məntəqələrinə gəlib səsvermə prosesində fəal iştirak etməli, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməliyik. Qalib xalqın qalib Liderinin düşünülmüş və gələcəyə xidmət edən siyasəti bundan sonra da Azərbaycana möhtəşəm uğurlar, tarixi ədalətə söykənən Zəfərlər qazandıracaq.”


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

02:39

İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib

00:39

Amerikalı şerifin məktubu niyə Azərbaycan Prezidentinə çatdırılmır? - İLGİNC

00:33

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

00:30

İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...