Kimlərinsə "Milcəkdən fil düzəltmək" və ya əslində polkovnik Pərviz Feyzullayev KİMDİR

01:43 1.09.2023 443
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Azerinform.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayevin haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin KVİ-lər ücün yaxşı olmaz.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı-rəhbər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayevdir.

...Bu gün nəinki Göycayda, hətta ətraf rayonlarda belə onu tanıyırlar. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı harada işləməyindən asılı olmayaraq peşəkar hərbi komissar kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

...Polkovnik Pərviz Feyzullayev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan rəhbər kadrlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Pərviz Feyzullayevin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Polkovnik Pərviz Feyzullayev calışdıgı bütün sahədə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, polkovnik Pərviz Feyzullayev ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, polkovnik Pərviz Feyzullayev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə nail olan insan özü qazanır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Tam səmimiyyətlə demək istəyirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, polkovnik Pərviz Feyzullayevin barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə milcəyi filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub Pərviz müəllimin gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!!!



Azərinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...