Kılıçdaroğlu hakimiyyətə gələrsə... - MÜSAHİBƏ

16:48 7.03.2023 603
Kılıçdaroğlu hakimiyyətə gələrsə... - MÜSAHİBƏ
Hazırda Türkiyədə əsas mövzulardan biri 14 maya təyin olunan prezident və parlament seçkiləridir. Müxalif düşərgədə İYİ Partiyanın rəhbəri Meral Akşenerin yaratdığı bölünmə qısa zaman kəsiyində bitdi. Görünən budur ki, hazırkı prezident Ərdoğana qarşı daxili güclər bir araya toplanıb. Lakin sosial-demokrat təmayüllü solçu Kılıçdaroğlu Ərdoğana bərabər siyasi lider sayılmır.

Türkiyəli jurnalist Ardan Zəntürk Musavat.com-a müsahibəsində Kılıçdaroğlunun Azərbaycana münasibəti, Türkiyədə hakimiyyət dəyişikliyinin daxili və xarici siyasətə necə təsir edəcəyi barədə danışıb:

- Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifət namizədinin CHP lideri Kamal Kılıçdaroğlu olacağı müəyyənləşib. Seçki nəticəsində hakimiyyət dəyişikliyi olarsa, bu, Türkiyənin xarici siyasətində özünü göstərəcəkmi?
- Türkiyənin milli siyasəti iqtidara görə dəyişmir. Türk milləti xarici siyasət və təhlükəsizliklə bağlı 4 əsas məsələdə yüksək həssaslığa malikdir. Bu həssaslıq siyasi üstünlüklərdən daha önəmlidir. Bu 4 məsələ ilə bağlı yanlış siyasət həyata keçirən hakimiyyət əvvəlcə daxili sabitliyin pozulmasına səbəb olur. CHP-nin indiyə qədər Türkiyənin xarici siyasəti ilə bağlı verdiyi açıqlamalar da dəyişikliklə bağlı narahatlıq doğurur. Məsələn, Türkiyənin əsas təhlükəsizlik problemlərindən biri olan Suriyadakı qeyri-sabitlik qarşısında ana müxalifət lideri Kamal Kılıçdaroğlunun mövqeyi geniş müzakirələrə səbəb olub. Xüsusən də Türkiyə Silahlı Qüvvələri Afrində yerləşən və sərhəd şəhərlərimizi raket hücumları ilə hədələyən PKK ünsürlərinə qarşı əməliyyata başlayanda “Türk ordusunun Suriyada nə işi var?” ifadəsi unudulmur. Eynilə, Türkiyənin Suriyanın Qamışlı bölgəsində PKK ünsürlərinə qarşı əməliyyat planlaşdırarkən “YPG Türkiyəyə nə edə bilər?” sualını verməsi də diqqət çəkib. Türkiyənin milli siyasəti baxımından həssas olanlar Kılıçdaroğlunun mümkün prezidentliyi dövründə Türkiyə üçün vacib sayılan məsələlərdə zəifliyin olacağını düşünürlər.
- Qeyd etdiyiniz zəiflik digər əraziləri də əhatə edəcək səviyyədədirmi?
- Kılıçdaroğlunun ən yaxın həmkarlarından olan keçmiş səfir Ünal Çeviköz türk millətinin ən həssas məsələlərindən biri olan “Mavi Vətən” anlayışı haqqında “Bu 200 millik ərazini öz suverenliyiniz kimi görürsünüzsə, aqressiv və ekspansionist bir anlayışdır” cümləsi hələ də keçərlidir. Xüsusilə, Yunanıstanın Adalar dənizi (Egey) və Şərqi Aralıq dənizindəki təcavüzkar və getdikcə qəsbkarlaşan siyasətinə qarşı belə bir yanaşmaya necə müqavimət göstəriləcəyi açıq sual kimi qalır. Xalqın bir hissəsi Ünal Çeviköz kimi ABŞ-ın mənafeyini müdafiə edən personajlara görə xarici siyasətdə böyük güzəştlər edilə biləcəyi barədə narahatdır.
- Yəni Türkiyədəki müxalifət Amerika və ya Avropa yolunda siyasət qurur?
- Bugünkü prezident Baydenin seçki kampaniyası zamanı “New York Times” qəzetinin redaktorları ilə görüşündə “Türkiyədə müxalifətə dəstək verməliyik” deməsi böyük müzakirələrə səbəb olub. Kılıçdaroğlunun 15 iyul 2016-cı il çevriliş cəhdini, açıq ABŞ/NATO hücumunu elə ilk gündən “ssenari” kimi səciyyələndirməsi, lakin son vaxtlar “bəli, çevriliş idi” deməsi bütün bu narahatlıqları gündəmə gətirir. Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyə-Azərbaycan münasibətlərinə ciddi mənfi təsir olmayacaq.
- CHP və Kılıçdaroğlunun bu siyasəti Türkiyə-Azərbaycan münasibətlərinə təsir edəcəkmi və Türkiyə-Ermənistan əlaqələri hansı istiqamətdə inkişaf edəcək?
- Kamal Kılıçdaroğlu 2-ci Qarabağ müharibəsi zamanı verdiyi açıqlamalarla açıq-aşkar və birmənalı olaraq Azərbaycanın tərəfində olub. O, Azərbaycanın qələbəsini bayram edən və buna sevindiyini bildirən liderdir. Kılıçdaroğlunun Ankara-Bakı münasibətlərində hər hansı dəyişiklik edəcəyini düşünmürəm. Ancaq Türkiyə üçün son dərəcə strateji əhəmiyyət kəsb edən Liviyada hərbçilərin xidmətinin uzadılması ilə bağlı müzakirədə CHP-nin əleyhinə səs verməsi, eyni zamanda Ünal Çeviközün “Təəssüf ki, Azərbaycana kömək etdik” deməsi sual yaradır. Daha sonra Türkiyənin gündəminə gətirilən iddiaların erməni mənşəli olması da diqqət çəkir. Kılıçdaroğlu hakimiyyətə gələrsə, Azərbaycan və Ermənistan məsələlərinə bugünkündən çox fərqli yanaşma nümayiş etdirəcəyini düşünmürəm.
- Bu fikirləri nəyə əsaslanaraq söyləyirsiniz?
- Türkiyə ənənələri olan, institutlaşmış dövlətdir. Xalq bəzi məsələlərə çox həssas yanaşır. Bu vəziyyət hakimiyyət dəyişikliyi baş verərsə, xarici siyasətdə köklü dəyişikliklərə imkan vermir. Məsələn, bu gün Kılıçdaroğlu Putin-Ərdoğan dostluğu olduğu üçün sabah ani bir qərarla Rusiya ilə tam düşmənçilik siyasəti apara bilməz. Belə bir qərarı dayandırmaq üçün dövlət mexanizmləri və hətta ictimai həssaslıqlar var. Türk xalqı üçün 4 əsas həssas nöqtə var: 1. Kipr məsələsi. Heç bir hökumət Şimali Kipr Türk Cümhuriyyətini təhlükə altına ala biləcək siyasi dəyişiklik etməyə cürət etməz; 2. Qafqaz məsələsi. Bu sahədə heç bir iqtidar “bir millət, iki dövlət” zəminində yaranmış Ankara-Bakı qardaşlığını şübhə altına alacaq addım ata bilməz; 3.Balkan yarımadasında türk və müsəlman irsi. Bu baxımdan heç bir hökumət, xüsusilə Sarayevoda, Monteneqro və Serbiyanın Sancak bölgələrində və ümumiyyətlə, “fatehin oğlu” adlandırılan Qərbi Trakyada türk varlığını təhlükə altına ala biləcək siyasətə al atmaz. 4. Arxasında ABŞ və Qərb dövlətlərinin olduğu sübuta yetirilən PKK terror təşkilatına qarşı mübarizədə zəiflik göstərmək olmaz. Bu 4 nöqtədə edilə biləcək səhvlər Türkiyənin daxili siyasətində dərin qeyri-sabitlik və müvafiq hökumətin ömrünün əhəmiyyətli dərəcədə qısalması deməkdir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video